adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
03 Yanvar 2019 13:03
76875
MÜSAHİBƏ
A- A+

Ədəbiyyatdan əlinizi üzün - Abbas Kiyarüstəmi ilə müshaibə

Aktyor, rejissor, ssenarist, redaktor, prodüser, fotoqraf, şair, rəssam, qrafik dizayner… Müstəlif sahələrlə məşğul olan Abbas Kiyarüstəmini daha çox filmlərilə tanıyırıq. İran kinosunda 1960-cı illərin sonlarında başlayan və Füruğ Fərruxzad, Sohrab Şahit Sales, Bəhram Beyzayi və Pərviz Kimyavi kimi rejissorların da daxil olduğu İran Yeni Dalğa studiyosu rejissorlarından biridir. Bu studiyo rejissorlarının səciyyəvi xüsusiyyəti bəzilərinin poetik dialoqlardan istifadəsi, siyasi və fəlsəfi mövzularla bağlı alleqorik hekayələr izah etmə tərzidir. Uşaq obrazlarından istifadə etmək, sənədli filmtərzində nəqletmə, kənd bölgələrində cərəyan edən hadisələr, maşınların içində olan dialoqlarvə adətən sabit kameradan istifadə Kiarostaminin ən əsas xüsusiyyətlərindəndir. Müsahibəsində ədəbiyyatdan qaçmağı tövsiyə etsə də, dialoqlarında, film adlarında və mövzularındaİran ədəbiyyatından, İran şeirindən geniş istifadə edir.



Onun bu yaxında dərc olunan müsahibəsini sizə təqdim edirik.



"Mənim indi ən böyük hədəfim özüm, başqaları və ya var olduğum mühit haqqında yeni bilgilər verməkdir. Mənə görə həyat haqqında ortaya yeni bir şey qoyan film yaxşı bir filmdir”.

Abbas Kiyarüstəmi



- Hər hansı bir film ya da sənət əsəri, film çəkən biri olaraq istiqamətinizə təsir etdimi?

- Məncə, bizim sahəmizdə həyatın özü başqalarının filmlərinin təsir daha çox dəyişiklik yaradacaq. Bəlkə də çoxlu filmə baxanlar bu təsirləri digər filmlərdən əldə edə bilirlər, amma mənə gəlincə, gözlərim həyatın özünə fokslandığı və duyğularım yaşadığım dünyaya uyğunlaşdığı üçün şübhəsiz deyə bilərəm ki, film çəkən biri olaraq məni ən çox təsirləndirən şey həyat təcrübəsi və ətrafımdakılar oldu, nəinki film ya da ədəbiyyat.

- İllər keçdikcə sizə təsir edən film çəkənlər və ya sənətçilər oldumu?

- Əslində geridə qoyduğumuz 40-50 il içində işlədiyim insanlardan bəzilərinin adını çəkməyimi istəyirsinizsə, təbii olaraq bu ad, insanların zövqləri dəyişdiyi üçün dəqiq deyil. Yenə də çox vaxt təsirləndiyim insanların adlarını çəkməyi sevmirəm. Əvvəllər mənə təsir edən iki insanın adını çəkdiyimi xatırlayıram. Biri Ozu, o birisi isə Buster Keaton idi. Amma axır vaxtlarda onların əsərlərini görəndə, başqalarının adlarını çəkməməyin ədalətsiz olduğuna bir daha qərar verdim. Buna görə sizə hər hansı bir ad deməyəcəm. Amma bunu deyə bilərəm ki, indiyə kimi gördüyüm qədərilə pis filmdə yaxşı bir hissə varsa, ya da nisbətən az tanınan bir bəstəkarın bəstəsi, həyatımıza təsir etmiş hər hansı ədəbi axın... Bunlar mənə təsir edə bilir.

- Hansı yaşda film çəkməyə qərar verdiniz? Anladınız ki, siz bu sahədə uğurlu ola bilərsiniz.

- Mən heç vaxt film çəkmək arzusunda olmamışam. Ağlımda həmişə rəssam olmaq var idi. Rəsm çəkməyə başladım, amma universitetdə də uğurlu bir rəssam deyildim. Bu səbəbdən rəsmdən qrafika dizaynerliyinə keçdim. Sonra oradan özümü reklam filmləri çəkərkən tapdım, reklam filmlərindən də uşaq kitablarına rəsmlər çəkməyə başladım. Sonra nə oldusa, bilmirəm, bir də gördüm ki, film sahəsindəyəm. Filmlər və qrafika işləri üçün başlıqlar və posterlər düzəltdim, amma əsla film çəkən biri olacağıma inanmadım. İndinin özündə də professional bir film çəkən olmadığımı demək üçün çox gec olsa da taxta üzərində işlərlə, rəsmlə və fotoqraflıqla məşğul oluram. Bunlara baxmayaraq, yenə də film çəkməyin aktiv olduğum sahələrdən biri olduğunu deyə bilərəm.

- Yaxşı, niyə film çəkirsiniz?

- Bu suala bir dəfə cavab vermişəm, amma indi yenə də başqa cür cavab verəcəm. Çünki bəhs etdiyimiz kimi bəzən bir şairə çevrilməkdə günahkar oluram. Yaratmaq üçün bəlli şərtlər olmalıdır. İşim var olan ehtimallarla bağlıdır. Bir film çəkmək üçün bəs edən şərtlərin mümkün olduğu zamanlar var. Film olmağa layiq bir fikir ortaya çıxanda, əyər mənimlə eyni düşünən başqa bir film çəkən varsa bu yaxşı haldır. Bu şərtlərdə yaxşı bir film çəkən oluram, amma çox vaxt filmlərin arasında iki illik bir məsafə var. Bu iki il müddətində işıq olanda və kameranın önündə qəribə bir mövzu görəndə foto çəkməyə meyillənirəm. Fəqət işıq olmayanda, foto çəkməyim də mümkün olmur və bir fikir məni narahat edirsə şeir yazıram. Bütün etdiklərim bunlardır: taxta üstündə işlər, rəsmlər, şeir, fotoqraflıq və film... Amma bunların heç biri professional işim deyil.

- Filmləri kimin üçün çəkirsiniz?

- Ən azından bu günlərdə düşündüyüm qədərilə gördüyüm işlərin çoxusu özümü tətmin etmək üçündür. Ən vacib olan da budur. Bəlkə də burdan-ora, ordan-bura qaçmağımın səbəbi də budur. Bir iş məni yorduğu vaxt o birisinə keçirəm. Mütləq ki, mənim üçün önəmli olan duyan və ya görənlərin düşüncələri. Amma məncə işimdə mənə motivasiya verən həqiqi meydana çıxma məsələsidir. İşin sonunda istəyim və enerjim bitməyə yaxınlaşdığı vaxt bunun haqqında başımı çox da yormuram. Ondansa başqa bir şey etməyi üstün bilirəm.

- Bir film çəkən olaraq, ya da bir sənətçi olaraq necə bir miras qoymaq istəyirsiniz?

- Özümdən sonra nələri qoyub getmək haqqında nəsə demək mənə çətindir, çox çətindir. Şübhəsiz ki, yırtıb atmadığım, parçalamadığım və üzərində imzam olan işlər olmalıdır. Mütləq ki bu işlərin bir təsdiqini almaq və onları geridə qoymaq istəyirəm. Bir gün var olmayacağımı, amma işlərimin daima qalacağını düşünsək, bu mövzuda heç nə düşünməmişəm. Çünki zövqüm öz varlığımın içində məndən qalacaq olan işlərdə deyil. Əgər bu özümdən bir şey miras qoymam həqiqətinə və özümün yox olacağıma zidd bir düşüncə olmalıdırsa, o zaman öz həyatımı seçirəm, gördüyüm işlərin yaşamasını yox.

- Gənc rejissorlarla birlikdə sadəcə bir dəqiqəyə sahib olsaydınız, onlara nə tövsiyə edərdiniz?

- Bu günlərdə bir dəqiqədən də çox vaxtım var. Yaratdığım işlərdən biri də bir çox insanla bərabər fərqli yerlərdə atelye çalışmalarında birlikdə olmaqdır. Zamanım dar deyildi, onlarla keçirmək üçün on günüm var idi və mütləq ki cürbəcür şeylər haqqında danışmalıydım. Amma sadəcə bir dəqiqəm olacaqsa, film yaradıcılğı sahəsində yeni bir tələbə olaraq ətrafınıza baxın, digər filmlərə baxın deyərdim. Amma öz filminizi çəkərkən başqa filmlərə baxmayın, ədəbiyyatın sizə çox kömək olacağına inanmayın, ondan əlinizi üzün. Bundan da əlavə ətrafınızda nələrin baş verdiyini görmək, ədəbiyyatdan filmə, ya da digər filmlərdən təsirlənən filmlərə gətirməkdənsə, ətrafınızdan, öz təcrübənizdən yararlanın, bunlardan istifadə edin və filmə çevirin. Bir dəqiqədən artıq oldu, amma ilk hissəsini kəsə bilərsiniz.

- Tələbələr üçün yaxşı bir universitet sizcə nə qədər vacibdir?

- Çox yaxşıdır. Məncə bir filmi anlamağın ən yaxşı yollarından biridir. Xüsusilə film yaradıcılığına can atan bir tələbənin bir film yaradıcısının ortaq əsərlərini tanımağıdır. Festivallar filmlərin təbliğində, tanınmasında çox böyük təsiredici qüvvədir. Ancaq filmi öyrənən tələbənin şübhəsiz ki, filmi çəkənin hara baxdığını və nə qədər uzağa çatdığını bilməyi üçün kollektiv işlərini görməyi vacibdir. Bu başlanğıc dövrü film sahəsində olmaq istəyən və ya filmi sevən hər hansı bir tələbə üçün yaxşı bir dərsdir. Tələbələr 30-40 il rejissor olmaq üçün çalışanda həm özlərini, həm də film çəkməyi anlaya bilərlər.



Müsahibəni dilimizə çevirən Eminquey