Faiq QİSMƏTOĞLU: ƏLLİ YAŞ NƏDİR Kİ?!

FAİQ QİSMƏTOĞLU
44431 | 2019-01-03 13:01

Hər yaşın və hər ilin öz gözəlliyi var. Deyirlər ki, gənclik insanömrünün ən gözəl çağıdır. Bu fikrə heç bir iradımız yoxdur. Həqiqətən də gənclikinsan ömrünün elə bir anıdır ki, onu heç nə ilə dəyişmək və əvəz eləmək mümkündeyil. Böyük şair Cabir Novruz gəncliklə bağlı "Cavanlığım” adlı gözəl bir şeirdə yazıb. Və bu gözəl şeirə böyük bəstəkar Oqtay Kazımi gözəl də mahnı bəstələyib.Gözəl şeirə və gözəl mahnıya bəstələnmiş musiqini də xalq artisti Zaur Rzayevçox möhtəşəm və təkrarsız ifa edib.

Bayaq dedik axı, insan ömrünün hər anı, hər ili gözəldir. Uşaqlığınöz gözəlliyi var, yeniyetməliyin öz çaları var, gəncliyin bənzərsiz anlarıolur, orta yaşın və sonrakı illərin də özünəməxsus gözəllikləri var. Və Allah-Təalahər adama, hər insana bu ömrü bəxş eləmir.

Mənim uzun illər dostluq elədiyimçox gözəl bir insan var. O insan harda olubsa, harda çalışıbsa öz səmimiyyəti,sadəliyiylə işlədiyi yerdəki insanlarınqəlbini ala bilib. Yəni həmin insanlar onu sadəliyinə və səmimiyyətinə görə çoxistəyiblər və bu gün də çox istəyirlər.

Qəzetimiz nəşr olunan ilk gündən biz həmişə yol polisinin yanındaolmuşuq. Yəni onların reydlərində, tədbirlərində iştirak eləmişik. Düz 20 ilbundan əvvəl Yol Patrul Xidməti Alayının1-ci tağımında olarkən son dərəcə səmimi və sadə bir polis zabitilə tanışoldum. O, 1-ci tağımın ən peşəkar, ən işgüzar zabitlərindən idi. Həmin insan bugün çiynində polis kapitanı rütbəsini daşıyan Namiq Əzizovdur. O Namiq Əzizovki, daxili işlər orqanlarında çalışdığı ilk gündən bu günə qədər polis adını vəşərəfini həmişə uca tutub. Öz peşəkarlığı, məsuliyyəti və zəhmətkeşliyiylə həmişəseçilib. Dövlətə və dövlətçiliyə sədaqətli olub. Nə az, nə çox, düz 20 ildənartıq 1-ci tağımda çalışıb. Təşkilatçılığı, işi qura bilmək bacarığı ilə digərlərindənfərqlənib. O harda işləyibsə, tapşırılan işə vicdanla yanaşıb və eyni zamanda,rəhbərliyin tövsiyələrini məsuluyyətlə yerinə yetirib.


Elə 20 il bundan əvvəl də bizim onunla dostluğumuzun əsası qoyulub və bu dostluq bugün də davam edir. Söhbət zamanı bir dəfə danışdı ki, mənim bir həmyerlimlə dəyaxın dostdur. Sən demə, bu da mənim qardaşım imiş. Qardaşım Elxanla Namiq müəllimçox yaxındır. Bəzən insanları özləri də bilmədən talelər bir-birinədoğmalaşdırır.

O, Ağdam rayonunun Mərzili kəndində dünyaya göz açıb. Və maraqlıdırki, Namiq Əzizov zamanından və məklanından asılı olmayaraq, elinin, obasınınadına həmişə əməliylə, işiylə hörmət qazandırıb. Onu bir ilə yaxındır ki, YolPatrul Xidməti Alayının 6-cı tağımına naryad rəhbəri təyin ediblər. Elə ilk gündənburda da tapşırılan işə çox yüksək məsuliyyətlə yanaşıb və tabeliyində olan əməkdaşlararasında yüksək nizam-intizam yaradıb. Hətta əyləşdiyi kabinetə bir səliqə- səhman və gözəl aura gətirib. Bir sözlə, rəhbərliyintapşırığını o, zaman-zaman öz əməliişiylə doğrultmağı bacarıb.

Mən 6-cı tağımda reyddə olarkən dəfələrlə naryad rəhbəri, poliskapitanı Namiq Əzizovun necə peşəkar zabit və vətənpərvər insan olmasınınşahidi olmuşam. Ağır vəziyyətdə olan və onlardan kömək istəyən hərəkətiştirakçılarını iki daşın arasında həkimlər gələnə qədər onları öz otağına gətirib,ilkin yardım göstərib, hətta qan təyziqi yüksək olan bir kişinin ayaqlarınıisti suya da qoydurub. Həkimlər gəlib ilk tibbi yardımı görəndən sonra ona öz təşəkkürünübildirib və deyiblər ki, xəstəyə həkiməqədər olan bütün yardımları etmisiniz. Həkimlər də həmin xəstəyə lazımi tibbiyardım göstəriblər və o xəstə də özünə gəlib, vəziyyəti yaxşılaşıb. Bundansonra Namiq müəllim vəziyyəti yaxşılaşmış hərəkət iştirakçısını maşına əyləşdirərəkmənzil başına yola salıb.

Onun bu yaxınlarda 50 yaşı tamam olub. Amma heç vaxt ona 50 yaş verməkolmaz. Maşallah, cavan oğlana oxşayır. Yeni ildə zəng edib dostumuzun bayramınıtəbrik edirdim. Necə oldusa dedi ki, elə komandir də zəng vurub 50 yaşımı təbriketdi. Sözün düzü, mən də bir qədər karıxdım. Çünki dostumun 50 yaşı olmasındanxəbərim olmadığıma görə bir az sıxıldım. Sıxıldığımı hiss edib dedi ki, müəllim,heç də qəm eləmə! Çünki 50 yaşımla bağlı heç kimə bir söz deməmişəm. Və mən dəfikirləşdim ki, onun 50 yaşına nə hədiyyə edim?! Düşündüm ki, Namiq Əzizovunçox gözəl ailəsi, tərbiyəli övladları var. Elə onun üçün də ən gözəl hədiyyə tərbiyəlivə ağıllı övladdır.

Və bir də fikirləşdim ki, ürəyimdən keçənləri qələmə alım və bu da məniməziz dostum Namiq müəllimə ən böyük hədiyyəm olsun. Dünyada insan üçün ən böyükvar-dövlət və hədiyyə can sağlığıdır. Və qardaşım Namiq müəllimə də belə bir can sağlığı arzulayır,övladlarının toyunu görməyi istəyirik. Və günlərin bir günü desin ki, müəllim,səni oğlumun toyuna çağırıram. Bundan gözəl nə ola bilər?!


TƏQVİM / ARXİV