adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
03 Yanvar 2019 12:43
12174
DÜNYA
A- A+

Rusiyada partlayış: 38 ölü

Rusiyanın Maqnitqorsk şəhərində yaşayış binasının çökməsi nəticəsində ölənlərin sayı 38-ə çatıb.

Adalet.az "Ren” TV-yə istinadən xəbər verir ki, üç nəfərin taleyi məlum deyil.

Yayılan məlumatda qeyd edilib ki, ölənlərdən 22 nəfərin şəxsiyyəti dəqiqləşdirilib.

Bundan başqa, ölən şəxslərdən yeddisinin hər birinin ailəsinə dövlət tərəfindən 1 milyon rubl (24 500 AZN - red.) birdəfəlik maddi yardım göstəriləcək.


Rusiyanın Maqnitqorsk şəhərində çökmüş yaşayış binasının dağıntıları altından çıxarılan qurbanların sayı 37 nəfərə çatıb.

Bu haqda TASS RusiyanınFövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

"İki qadın və bir kişinin meyiti çıxarılıb. Ölənlərin sayı 37 nəfər təşkil edir”, - deyə mətbuat xidmətinin məlumatında deyilir.

Dörd sakinin aqibəti barədə hələ də məlumat yoxdur.