adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
03 Yanvar 2019 10:00
4373
GÜNDƏM
A- A+

Avtovağzallarda gücləndirilmiş iş rejiminin vaxtı uzadıldı

"Bayramda regionlarda həftəsonuna qədər dincəlməyə davam edən sərnişinlər üçün Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) tərəfindən ölkənin 60 avtovağzal və avtostansiya şəbəkəsində gücləndirilmiş iş rejimi yanvar ayının 5-nə qədər uzadılıb”

Adalet.az xəbər verir ki, bu barədə DANX-ın mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova məlumat verib. Qurum rəsmisi sərnişinlərə tövsiyyə edib ki, biletləri avtovağzalların kassalarından əldə etsinlər.

"Əks halda qeyri-qanuni daşımalar icra edən işbazların qeyri-peşəkar sürücüləri ilə müşayət olunacaq səfərinizin yol-nəqliyyat hadisəsi ilə nəticələnməsinə dair risk yüksəkdir”.