adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
31 Dekabr 2018 14:50
5168
GÜNDƏM
A- A+

Bu axşam Bakıda svetoforlara nəzarət gücləndiriləcək

Bakı Nəqliyyat Agentliyi (BNA) bu gün axşam saatlarından gecə saatlarına qədər paytaxtın yollarındakısvetoforların fəaliyyətinə nəzarəti adi günlərlə müqayisədə artıracaq.

Adalet.az xəbər verir ki, bu barədə qurumunmətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.

Onun sözlərinə görə, sıxlıq müşahidə edilən küçə və prospektlərdə nəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək məqsədi ilə svetoforlarda yaşıl dalğa tətbiq ediləcək.

Bundan başqa,bayram günlərində sərnişin axınına uyğun olaraq marşrutlar üzrə xətlərə buraxılan avtobusların intervalına əməl olunması, təhlükəsizlik qaydalarına riayət edilməsi, həmçinin sürücülərin müvafiq sərnişindaşıma və yol hərəkəti qaydalarına əməl etmələri barədə lazımi tədbirlərin görülməsi, o cümlədən avtobusların istehsalat bazalarından reysə çıxmalarının təmin edilməsi ilə bağlı daşıyıcılara göstəriş verilib.