Hadi Rəcəbli şəhid ailəsinə baş çəkdi
Milli Məclisin Əmək və Sosial-siyasət komitəsinin sədri Hadi Rəcəbli Lənkəranda, 2015-ci ildə şəhid olmuş zabit İqbal Əhmədovun ailəsinə baş çəkib.
Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə şəhid ailəsini təbrik edən millət vəkili, qarşıdan gələn Yeni il münasibətilə bu ailəyə can sağlığı, əminamanlıq və xoşbəxtlik arzulayıb.
Səmimi və mehriban kecən görüşdə "Sizin ailəni öz ailəmdən ayırmiram. Sizi arayıb axtarmağı bir deputat, komitə sədri, bir Azərbaycan vətəndaşı kimi özümə borc sayiram. Qayğı və problemləriniz mənim daim diqqət mərkəzimdədir” deyən Hadi Rəcəbli artıq neçə ildir ki, bu ailəyə olan diqqətini heç vaxt azaltmayıb.
H.Rəcəbli ölkə başçısı İlham Əliyevin 2019-cu il üçün şəhid ailələri və Qarabağ əlilləri ilə bağlı verdiyi bir sira sərəncamlardan, Milli Məclisdə onların sosial durumunun yaxşılaşdırılması üçün yazılmış qanun layihələrindən söhbət açıb.
Şəhidin ailəsi də öz növbəsində prezident İlham Əliyevə öz təşəkkürünü, deputata minnətdarliğını bildirib.
Sonda şəhid ailəsinə maddi yardım göstərilib.
Digər Xəbərlər
25 Aprel 2024 15:27
Dünənki "ağlaşma " farslarla fransızlar qalib olub: Saxtakarların göz yaşları
25 Aprel 2024 15:06Qazax istiqamətində Azərbaycana təhvil veriləcək körpünün ətrafı minalardan təmizlənir
25 Aprel 2024 14:51Prezidentlərə Füzulinin Baş planı təqdim edildi - FOTOLAR + YENİLƏNİB
25 Aprel 2024 14:35Xocalıda insan qalıqları aşkar edildi - FOTOLAR
25 Aprel 2024 14:34