adalet.az header logo
  • Bakı 17°C
28 Dekabr 2018 18:57
8257
MƏMLƏKƏT
A- A+

“Deyilən söz yadigardır!” layihəsinin icrasına yekun vurulub

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən "Deyilən söz yadigardır” layihəsinə yekun vurulub

22-23 dekabr 2018-ci il tarixlərində "Deyilən söz yadigardır” layihəsinin təlim-praktiki hissəsi həyata keçirilmişdir. Layihənin bu hissəsində 15 məktəbli iştirak etmişdir. Həmin gənclər 2 gün ərzində öncədən müəyyən edilmiş mövzular üzrə fərdi qaydada çıxışlar etmiş, sualları cavablandırmış, bu üsulla layihənin ilk iki günündə öyrənilən nəzəri bilikləri tətbiq etmişdir. Xatırlatmaqda fayda var ki, layihənin təlim sessiyasında "Danışdıqlarım və Mən” mövzusunda silsilə təlimlər keçirilmişdir.

Layihə rəhbəri Cavid Abdullayev keçirilən layihənin önəmini vurğulamış, iştirakçıların öyrəndikləri bilikləri zamanla istifadə edərək daha peşəkar nitqlə cəmiyyətdə və təmsil olunduqları mühitdə uğur qazanacaqlarını bildirmişdir. Sonda layihə iştirakçılara şəhadətnamələr təqdim edilmiş, xatirə şəkli çəkilmişdir.