adalet.az header logo
  • Bakı 16°C
29 Dekabr 2018 11:47
4011
HADİSƏ
A- A+

Ucarda yol qəzasında 1 nəfər öldü

Ucarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

FHN-dən Adalet.az-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, rayonun Müsüslü kəndində "KamAZ” markalı yük avtomobili və "Opel” markalı minik avtomobili toqquşub.

Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 1 nəfər (şəxsiyyəti dəqiqləşdirilir) sərnişinin meyitini və digər 1 nəfər sərnişini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil verib.