adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
29 Dekabr 2018 11:17
5788
GÜNDƏM
A- A+

“Biz söz də veririk, əməl də edirik” - Cavid Qurbanov

"Artıq Bakı-Gəncə sürət qatarı işə düşüb. Bu, çox uğurlu layihədir. Bəziləri deyirdilər ki, söz verilir, amma əməl edilmir. Biz söz də veririk, əməl də edirik".

Azvision.az xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri Cavid Qurbanov deyib.

Qurum rəhbəri bildirib ki, sürət qatarında xidmət yüksək səviyyədədir: "Burada fərqli qiymətlər mövcuddur. Biznes-klass yerlər var. Bunlar bir qədər bahalıdır, belə də olmalıdır. İnsanlara seçim imkanı verilir. Yaxın vaxtlarda Wi-Fi sistemi təkmilləşdiriləcək".

C.Qurbanov qatarda təhlükəsizlik tədbirlərinin yüksək səviyyədə təmin olduğunu vurğulayıb.