adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
28 Dekabr 2018 14:04
6467
SAĞLAMLIQ
A- A+

Azərbaycanda 6 min manat maaş alan həkimlər var - RƏSMİ

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev Milli Məclisin bu gün keçirilən iclasında çıxış edib.

Modern.az saytınınməlumatına görə, Zaur Əliyev bildirib ki, artıq Azərbaycanın 3 rayonunda tibbi sığorta ilə bağlı pilot layihə həyata keçirilib:

Onun sözlərinə görə, pilot dövründə müsbət nəticələr əldə olunub.

"Pilot layihə olduğuna görə, həkim və tibb bacılarının əməkhaqlarına dəyişiklik etdik. Hazırda pilot layihədə elə həkimlərimiz var ki, 5-6 min manat əməkhaqqı alır. Orta tibb işçilərinin də əməkhaqqında artım olub. Əməliyyatların sayı 52 faiz artıb”.

Zaur Əliyev əlavə edib ki, pilot layihəsi zamanı daha çox ürək-damar xəstəliklərinə dair müraciətlər olub.

Onun sözlərinə görə, layihənin həyata keçirildiyi regionlarda ölüm hallarının sayı azalıb.