Faiq QİSMƏTOĞLU: EŞŞƏK ŞOU

FAİQ QİSMƏTOĞLU
41202 | 2018-12-28 12:30

... Deyəsən,bizim millət şounun lap xəstəsidi. Çünki şou olanda çoxlarının gözünə işıq gəlir.Hətta heç nədən xoşu gəlməyən və az-az televizora baxan mamam oğlu Tehran da"Maşın şou” üçün lap sinov gedir. Bir neçə gün əvvəl yolum Bəhmənliyə düşmüşdü,axşam da mamam oğlu Tehrangildə qalmalı oldum. Gördüm ki, saat 10-u çox səbrsizlikləgözləyir. Yol gedib kənddə qohumumun yasında iştirak edəndən sonra yuxu gözümdəntökülürdü.

Mamamoğlu Tehran da deyirdi ki, müəllim, yorulmusan, dur yat! Uşaqlar yatdığın otağıod kimi eləyiblər, soba da səhərə qədər yanacaq. Dedim ki, mamaoğlu, sən niyəyatmırsan? Dilləndi ki, mənə fikir vermə, "Maşın şou”ya baxmasam yatan deyiləm.Bir az mamam oğlumla zarafatlaşdım da. Dedim ki, rəhmətliyin oğlu, televizordabaxmağa yönlü bir şey tapmırsan? Gördüm əsəbləşir, o dəqiqə araya başqa söhbətsaldım. O da "valı” dəyişdiyimi görüb təzədən bildirdi ki, ay rəhmətliyin oğlu,qohum-əqrəba hamısı bax, bu "Maşın şou”ya baxır. Neyləyək, durub onun-bununqeybətini eləyək?

Bu"Maşın şou” elə bir oyundur ki, burda çox adamın əsl sifəti açılır. Əvvəllərsakit, mədəni və təvazökar kimi tanıdığım hər hansı bir sənətçi oyun zamanıolan-qalan bütün hörmətini itirir və iç üzü üzə çıxır. Tanınmış bir neçə müğənnininvə aktyorun "Maşın şou”da bir neçə sifətini görəndən sonra elə mənim mamam oğluTehranın da onlardan zəhləsi gedir. Hələ başqalarını demirəm ha! Onlarla işimizyoxdur. Kimin kimdən zəhləsi gedir, kim-kimlə şingildəşir, kim kimlə dingildəşir,bizə dəxli yoxdur. Bir müğənni bu şoularda digərinin abır-həyasını ətəyinibükür, başqası da onu yaş yuyub quru sərir...

Vallah,bu qarabağlıların da atkeçməz işləri var. Yəniqarabağlılarda kiməsə şəbədə qoşmaq, kimisə oyuna salıb oynatmaq mərəzi də var. Belələrinə"it oynadanlar” deyirlər. O gün Bərdədəbir qarabağlı özündən bir şey icad eləyib. Onun da qayırdığı şey bundanibarətdir ki, Murad Dadaşovun "Maşın şou”sunu lap gözdən salmaq istəyir. O dadurub bir "eşşək şou” yaradıb. Və bu eşşəyin tək özü deyil, həm də qəşəng birarabası var. Qohum-əqrəbasını da yığıb başına başlayıb şou yaratmağa. "Maşınşou”dan fərqli olaraq "eşşək şou”da iştirak edənlər çox səmimi, mədəni vəistiqanlı adamlardılar. Onlar əllərini eşşək arabasına qoyub çox sakit tərzdədeyirlər: "Eşşəyi mən udacam”. Tay durub "Maşın şou”dakı kimi bir-birinin yeddiarxa dönənini sulamırlar. Tay qalxıb bir-birinə dişinin dibindın çıxanlarıdemirlər. Tay gəlib bir-birini itələyərək eşşək arabasının yanındanuzaqlaşdırmaq istəmirlər.

"Eşşəkşou”nu təşkil edən orta yaşlı bir adamsa deyir ki, bizim reytinqimiz "Maşınşou”dan yüksək olacaq. Amma deyəsən hər zarafatda bir həqiqət də var ha! Çünkisosial şəbəkədə yayımlanan bu görüntüyə baxanlar çoxdur. Görünür, "Eşşəkşou”nun reytinqi yaxın gələcəkdə "Maşın şou”nu üstələyəcək. Hətta yaxşı olarki, "eşşək şou”nu təşkil edənlər arada-bir reklam-zad da versinlər ki, çoxlu müştəri yığsınlar...

BərəkAllah, bu "eşşək şou”nu təşkil edənlərin işlərinə! Son günlər orda nələr başverir-vermir onu deyə bilmərik, amma bir onu deyə bilərik ki, bu "eşşək şou”nutəşkil edənlər Murad Dadaşovun çörəyinə şərik çıxıblar. Bax, burda düz eləməyiblər!Sizə nə düşüb ki, iki daşın arasında başqasının işinə əl apararaq belə bir şou yaradıbsınız. Məsələn, siz "eşşək şou”yox, başqa bir şou yarada bilərdiniz.Bununla da işimiz yoxdur. Çünki bizim verəcəyimiz təklif "eşşək şou”nuyaradanların xətrinə dəyə bilər. Xətirləri xoş olsun deyə, biz də bildiyimiz oşounun adını demirik. Qoy özləri baş sındırıb tapsınlar...

"Eşşəkşou”dakı eşşəyə lap yazığım gəldi. Çünki bu eşşək böyük Ramiz Rövşənin yazdığı "Gözüyaşlıyorğun eşşək”ə çox bənzəyirdi. Çünki yazıq eşşək səhərdən axşama qədər dincəlmədənişləyir, indi də arabaya qoşub şou eləyirlər.Yadımıza həmiz şeirdən bir bənd düşür.

Gözüyaşlıyorğun eşşək,

Kirimişcəyükünü çək.

Bu yolda gec-tez bitəcək,

Yorulmaqsənə qalacaq...

...Yəqin"eşşək şou”nun da gec-tez qalibi bilinəcək. Amma bir onu bilirik ki, onunqalibi bilinsə də, yazıq eşşəyin günü bu şoudan sonra daha ağır olacaq. Yaxşı olardıki, şounun qalibi "eşşək şou”nu udsa da, sonda o eşşəyi arabadan açıb buraxasın.Bundan həm Allahın xoşu gələrdi, həm də "eşşək şou”ya baxan çoxsaylıtamaşaçıların...


TƏQVİM / ARXİV