adalet.az header logo
  • Bakı 21°C
28 Dekabr 2018 12:20
25661
HÜQUQ
A- A+

İki hakim vəzifəsindən azad edildi

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin iki hakimi vəzifəsindən azad edilib.

Adalet.az xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən plenar iclasında məsələ müzakirəyə çıxarılıb.

Belə ki, iclasda Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimləri Polad Həsənovun və Qabil Məmmədovun vəzifələrinin dəyişdirilməsi ilə əlaqədar onların Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsindən azad edilməsi məsələsinə baxılıb.

Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.