adalet.az header logo
  • Bakı 11°C
28 Dekabr 2018 11:35
8106
MƏMLƏKƏT
A- A+

Huner group-un heyrətamiz ofisi

Huner Group işçilərinə Azərbaycan standartlarından kənar ofis təqdim edir.

Yalnız müştəri məmnuniyyətini deyil, işçilərinin konforunu da ən yüksək səviyyədə qarşılamağı hədəfləyən Huner Group təəccübləndirməyə davam edir. "Hünər Qüllələri” ilə yaşayış binalarına meydan oxuyaraq "komplesklilik” anlayışına fərqlilik gətirən layihədən daha bir yenilik:

Günümüzün böyük hissəsini keçirdiyimiz ofislərin interyer dizaynı, abu-havası gündəlik həyatımıza, əhval-ruhiyyəmizə birbaşa təsir göstərir. Yaradıcı və unikal mühit isə işçilərin vəzifələrinə daha həvəslə və enerji ilə yanaşmasını təmin edir. Bütün bunları nəzərə alan Huner Group, Azərbaycan standartlarından tamamilə uzaq olan baş ofisində işçilərinə müxtəlif xidmət sahələri ilə konforlu işyerləri təklif edir. Məqsəd, görülən işin keyfiyyətini ən yüksək səviyyəyə qaldırmaq və mehriban kollektiv yaratmaqdır.

"Lala Akkiraz Interiors” şirkəti tərəfindən layihələndirilən ofis, interyer dizayn baxımından Google-un, Facebook-un, Apple-ın dünyaca məşhur ofislərindən heç də geri qalmayan konsept təqdim edir. 3000 m2sahəni əhatə edən ofisə ilk daxil olduğunuzda sizi geniş və təbii işqlarla bəzədilmiş vestibül və mərkəzdə reseption xidməti qarşılayır. Üst mərtəbədə yerləşən ümumi işçi otağı, toplantı salonları və qonaqlar üçün nəzərdə tutulmuş gözləmə otaqlarının hər biri özünəməxsus üslubla dizayn edilmişdir. Vestibül də daxil olmaqla bütün otaqların təbii bitkilərlə dekor edilməsi ofisdə fərahlığı və təbiət motivlərinin hiss etdirir. Canlı rənglərdən istifadə olunmuş konforlu oturacaqlar və divanlar ofisin ümumi interyerinə gözəllik qatır. Bütün bunlarla yanaşı ofis daxilində işçilərin istifadəsi üçün nəzərdə tutulmuş kinozal, karaoke otağı, playstation salonu, qapalı mini futbol və basketbol meydançası və azyaşlılar üçün uşaq oyun zalı da xidmət göstərir. Belə ki, işçilər koridorda quraşdırılmış masalarda stolüstü tenis, playstation otağında ən son PS oyunları və qapalı meydançada futbol və ya basketbol oynayaraq stressdən azad ola bilərlər. Xüsusi səs və görüntü sisteminə sahib kinozalda işlədikləri ofis daxilində ən yeni filmləri izləmək şansı qazanırlar. Həmçinin azyaşlı uşağı olan işçilərin də rahatlığı nəzərə alınıb. Belə ki, onlar ehtiyac olduğu zamanlarda uşaqlarını ofis daxilindəki oyun zalına etibar edərək rahatlıqla öz işlərinə davam edə bilərlər. Ofis daxilindəki geniş və nəfis dizaynlı kafe isə işçilərin və qonaqların xoş zaman keçirməsi üçün nəzərdə tutulub.

Ünvan: Bakı Ağ Şəhər, Park rayonu.

Telefon: (012) 409 00 44

(050) 409 00 44

Web:www.hunergroup.az

E-poçt:[email protected]

Facebook:https://www.facebook.com/hunergroup/

Instagram:https://www.instagram.com/hunergroup

Youtube:https://www.youtube.com/channel/UCzhwuH7cKBZPuZUfrKEkn1g