adalet.az header logo
  • Bakı 12°C
28 Dekabr 2018 11:12
6482
MƏMLƏKƏT
A- A+

“Azərsu” bayramda gücləndirilmiş rejimdə işləyəcək

"Azərsu” ASC Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı ilə əlaqədar bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Adalet.az xəbər verir ki, bununla əlaqədar Səhmdar Cəmiyyətin Aparatında və yerli sukanal idarələrində növbətçilik rejimi tətbiq ediləcək. Qəza briqadaları və 955 Zəng Mərkəzi 24 saat əhalinin xidmətində olacaq.

Bayram və qeyri-iş günlərində əhalinin içməli su ilə təchizatında dayanıqlılığın təmin olunması, həmçinin bayram tədbirlərinin keçirildiyi yerlərin fasiləsiz su təminatı məqsədilə bütün təşkilatı və texniki tədbirlər görüləcək.

İstehlakçılardan xahiş olunur su təchizatı və kanalizasiya xidmətlərində yaranacaq problemlərlə əlaqədar "Azərsu” ASC-nin 955 Zəng Mərkəzinə müraciət etsinlər.