Azərbaycanda avtomobil yolları şəbəkəsinin interaktiv elektron xəritəsi yaradılacaq
Azərbaycanda yol hərəkətinin təhlükəsizliyi ilə bağlı vahid elektron analitik məlumat bazası yaradılacaq.
Trend-in məlumatına görə, bu barədə Prezident İlham Əliyevin 27 dekabr 2018-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nda deyilir.
Proqrama əsasən, 2019-2021-ci illərdə "Avtomobil yollarının dövlət reyestri” elektron məlumat bazası yaradılacaq.
Dövlət Proqramında "Yol-nəqliyyat hadisələri” elektron məlumat bazasının yaradılması, Azərbaycanda nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılmış yolların əvəzinə təklif edilən alternativ avtomobil yolları haqqında elektron məlumat bazasının yaradılması, "Avtomobil yollarının layihələndirilməsi, tikintisi, təmiri və yenidən qurulması zamanı təşkilatlararası əlaqələndirmə” elektron portalının yaradılması və yol hərəkətinin təhlükəsizliyi ilə bağlı digər zəruri məlumatların vahid analitik məlumat bazasına daxil edilməsi də nəzərdə tutulur.