adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
28 Dekabr 2018 10:51
10169
ƏDƏBİYYAT
A- A+

Əbülfət Mədətoğludan yeni şeir: TƏKLİK

Fikrim yolda . cığırda
Canımdan can çıxır ta...
Qoyma məni çığırda -
təklik !...

Sükut daşı kirkirə ...
Addım başı bir kirə
Çəkir naşı fikirə -
təklik...

Ürək səsi ... kar quyu
Səs düşəcək - var quyu...
Qırx arşınlıq dar quyu -
Təklik!

Gecə özü - nəm köynək
Əynimdəki qəm köynək...
Həm bədəndi , həm köynək -
Təklik!..