adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
27 Dekabr 2018 16:23
3253
HADİSƏ
A- A+

Bakıda evdən kişi meyiti tapılıb

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Səbail rayonunda 1 nəfər mənzildə köməksiz vəziyyətdə qalıb.

Adalet.az FHN-ə istinadən xəbər verir ki, çağırış ünvanına cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1979-cu il təvəllüdlü Qurbani Həmid Əjdər oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.