adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
28 Dekabr 2018 19:30
32024
ŞOU-BİZNES
A- A+

Məşhur aktyor 722 milyon dollar bağışladı

Honq Konqlu aktyor Çou Yun-Fat açıqlaması və hərəkəti ilə dünya gündəminə düşüb.

Adalet.az xarici KİV-ə istinadən xəbər verir ki, "Forbes"in 2015-ci ildə ən çox qazanan aktyorlar arasında olan Çou xeyriyyə fonduna 722 milyon dollar bağışlayıb.

"Pələng və əjdaha" filmi ilə daha çox şöhrət qazanan Yun "Pul sonsuzadək sahib olacağınız bir şey deyil. Ölməzdən əvvəl onu başqalarına verin. Öldükdən sonra bank hesabınızdakı pulların da dəyəri olmaz" deyib.

Qeyd edək ki, 63 yaşlı aktyor xeyriyyə əməlləri ilə tez-tez adından söz etdirir.