adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
27 Dekabr 2018 15:46
22890
MƏDƏNİYYƏT
A- A+

Xoreoqrafiya Akademiyasında bayram konserti

Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksində (BXA) Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilə həsr olunmuş bayram konserti keçirilib.

Konsert başlamazdan öncə izləyicilərə vətənpərvərlik mövzusunda video çarx nümayiş edilib. Daha sonra isə Akademiyanın İncəsənət fakültəsinin tələbələri bayram konsert proqramı ilə çıxış ediblər. Konsertdə Bakı Xoreoqrafiya Akademiyasının tələbələri Əməkdar artistlər Yuri Lobaçov və Nigar Rzayevanın təqdimatında "Tanqo” rəqsi, İncəsənət fakültəsinin I və III kurs tələbələrinin ifasında "Azərbaycan süitası”, "Sevgi valsı”, "Yeni il”, "Aylı rəqsi”, "Uzun dərə”, "Yallı”və digər rəqslər nümayiş edilib, əsərlər səsləndirilib.

Konsert proqramı tamaşaçılarda xoş əhval-ruhiyyə yaradaraq böyük coşqu ilə qarşılanıb.