adalet.az header logo
  • Bakı 18°C
27 Dekabr 2018 13:32
14665
DÜNYA
A- A+

Ankara “S-400”lərdən imtina edəcək? – Ərdoğan fövqəladə iclas çağırır

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan "Patriot” hava hücumundan müdafiə sistemlərinin satışı ilə bağlı ABŞ-ın təklifini müzakirə etmək üçün Ali Müdafiə Şurasının fövqəladə iclasını keçirərək.

Azvision.az xəbər verir ki, bu barədə "Bloomberg” yüksək vəzifəli türk məmuruna istinadən bildirib. Qeyd olunur ki, Ərdoğan "Patriot”ların alışı üzrə ilkin müzakirələr aparacaq və məsələ ilə bağlı belə tez zamanda iclas keçirilməsinin özü Ankara-Vaşinqton münasibətlərində sürətli normallaşmanı əks etdirir.

Ekspertlərin fikrincə, Trampın ABŞ qoşunlarını Suriyadan çıxarmaq qərarı ilə Türkiyənin Fəratdan şərqə doğru yeni əməliyyatlarına xeyir-dua verməsi və ardınca "Patriot” hava hücumundan müdafiə sistemlərinin satışına razılığı həm də Türkiyəni Rusiyadan bir qədər uzaqlaşdırmağa hesablanıb. Bu cür "güzəştlər” əvəzində Vaşinqton Ankaranın Rusiyanın "S-400” zenit-raket komplekslərindəm imtinasını gözləyir.