adalet.az header logo
  • Bakı 12°C
27 Dekabr 2018 18:20
15594
SAĞLAMLIQ
A- A+

Qəhvənin ziyanlı tərəfləri

Bir çoxları üçün imtina edilməzdir qəhvə... Hansımız demirik ki, "Bir qəhvə içim də özümə gəlim " deyə... Yaxşı bu qədər sevilən, imtina edilməz arasında iştirak edən qəhvə bədənə dostdurmu, düşmənmi? 

Qəhvənin kafeinin sinir sistemini xəbərdar edir və dövranı canlandırır. Köln Universitet Xəstəxanasında patoloq və toksikolog olaraq vəzifə yerinə yetirən Kuno Güttler bu sayədə beyindəki qan dövranının gücləndiyini, daha çox oksigen təmin edildiyini bu səbəblə adamın özünü daha dinc hiss etdiyini və bunun da adamın daha yaxşı düşünməsini təmin edə biləcəyini ifadə edir.

Güttler qəhvənin beyin damarlarını daraltıcı təsiri səbəbiylə yüngül migren ağrılarını da dindirə  biləcəyini ifadə edir.


Qastrit ya da mədə xorası kimi mədə problemləri olan insanların çoxlu kofe içməsi halında bu xəstəliklər daha da pis nəticəyə gələ bilir;

Qəhvə içmək bəzi insanlarda xolestrini artıra bilər.

Qəhvənin çox şirin içilməsi, ya da az şirin içilsə belə çox miqdarda istifadə edilirsə, beləlikle çox miqdarda şəkər istifadəsi ilə bağlı olaraq şəkər və çəki ilə bağlı problemlərin olması ehtimalı yaradır.


Qəhvənin tərkibindəki kofein ürək döyüntülərində qeyri tarazlıqlar yaradır, ürəyin tez-tez döyünməsinə səbəb olur. Məhz buna görə də ürək xəstələri qəhvədən az istifadə etməlidir. Aparılan təcrübələr göstərmişdir ki, həddindən artıq qəhvə içmək qan təzyiqinin yüksəlməsinə səbəb olur. Qəhvə, mədə xorası və qastrit kimi xəstəliklər törədir. 


Bu cür xəstələrin qəhvədən çox istifadə etməsi narahatlıqların daha da artmasına və pisləşməsinə səbəb olur. Çünki, qəhvə mədəni qıcıqlandırır və mədə turşu ifraz etməyə başlayır. Miqrenlə qəhvə isə düşməndirlər. Qəhvənin tərkibindəki qarışıqlar beyində olan hüceyrələrə təsir edir və miqren ağrıları yaradır. Qəhvənin tərkibindəki kofein orqanizmin dəmiri saxlamasına imkan vermir və kalsiumun bədəndən sidik yolu ilə çıxmasına səbəb olur. Bütün bunlar sümük əriməsi riskini çoxaldır.

Yüksək təzyiq: Edilən araşdırmalara görə, nizamlı olaraq gündə 4-5 stəkan qəhvə içənlərin qan təzyiqləri, yəni təzyiqləri sürətlə yüksəlir.


Həddindən artıq qəhvə istehlakı ürəyin ritminə mənfi istiqamətdə təsir edir. Qəhvənin ehtiva etdiyi kofein çox istehlak edildiyində, ürəkdə ritm pozuqluqları meydana gələ bilir. Nizamsız ürək atışları və ürək vurmasına səbəb ola bilir. Bu səbəblə xüsusilə ürək xəstələrinin məhdud miqdarda qəhvə içmələri lazımdır.

Qəhvə, mədə xorasını sürətləndirir. Bu səbəblə mədə xəstələrinin gündə 2 fincandan çox qəhvə istehlak etməmələri lazımdır.

Edilən araşdırmalar, yemək zamanlarında yüksələn qan şəkəriylə birlikdə istehlak edilən qəhvənin şəkər xəstəliyini mənfi istiqamətdə təsir etdiyini ortaya qoyurdu. Mütəxəssislər şəkər xəstələrinin də qəhvəni məhdud istehlak etməsini təklif edir.

Mütəxəssislərin bir qismi qəhvənin bədəndə maye itkisinə səbəb olduğunu müdafiə edərkən, bir qismi də bu itkinin əhəmiyyətsiz dərəcədə az olduğunu müdafiə edirlər. Lakin yenə də ağırlıq təşkil edən görüş digər kafeinli içkilər kimi qəhvənin də bədəndə su itkisi yaratdığı istiqamətindədir.

Yenə eyni səbəblə qəhvə istehlakına son verildiyində baş ağrılarının asılılıq səbəbiylə geri dönməsi vəziyyəti söz mövzusudur. Bu səbəblə bir çox elm insanı qəhvə istehlakının mənfi təsirlərinə qarşı xəbərdar. Birçok araşdırmacı və həkim böyrəküstü bezlərinin adrenalin istehsalını xəbərdar etdiyi üçün nizamlı qəhvə istehlakının bədəni davamlı stress altında saxladığı fikirindədir.

Qəhvənin faydaları və zərərləri mövzusunda indiyə qədər saysız araşdırma edilmişdir. Edilən bəzi araşdırmalara görə qəhvənin Tip 2 diabet riskini azaltması, Parkinson və Alzheimer xəstəliklərinə qarşı müəyyən bir nisbətdə qoruma təmin etməsi mümkündür.


Qəhvənin müsbət təsirlərinin tək səbəbi isə içindəki Kafeininə deyil, eyni zamanda antioksidanlara söykənir. Çünki antioksidanlar orqanizmin çöldən aldığı hər cür zərərli maddəyə qarşı bir qoruma divarı vəzifəsini boynuna götürür.

Patoloq və toksikolog Kuno Güttler'e görə əlbəttə ki, bədənin öz antioksidan müdafiə etmə sistemi mövcuddur. Ancaq Güttler qəhvənin bu sistemi gücləndirici rol oynaya biləcəyini yazır.


Hazırladı: Oğuz Ayvaz