Fuad Muradov: “Diaspor təşkilatlarının fəaliyyətində yeni mərhələ başlayıb” - MÜSAHİBƏ
"Azərbaycan Prezidenti Əliyevin müasir dünyanın qlobal tələblərinə uyğun siyasi kursu son dövrlərdə diaspor hərəkatını daha da gücləndirib”
- 1993-cü ildə Ümummillli lider Heydər Əliyevin, xalqın təkidi ilə, yenidən hakimiyyətə qayıdışından sonra xaricdə yaşayan azərbaycanlılarla sistemli iş aparılması, diaspor quruculuğunun dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilməsi bu sahədə xüsusi dövlət qurumunun yaradılması ilə nəticələndi. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən 2002-ci ilin 5 iyulunda «Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında» Fərman imzalandı. 2008-ci ildə isə ölkə başçısı cənab İlham Əliyevin Sərəncamı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsi yaradıldı. Bu illər ərzində azərbaycanlıların təşkilatlanması istiqamətində müəyyən işlər görüldü, türkdilli ölkələrin diaspor təşkilatları ilə əlaqələr quruldu və birgə fəaliyyət strategiyası qəbul olundu.Dünyada gedən qloballaşma prosesi, xalqlar arasında sürətli inteqrasiya meyillərinin güclənməsi bu gün diaspor quruculuğu sahəsində daha effektiv işlər görməyi qaçılmaz edir. Əsasını Ümummilli lider Heydər Əliyevin qoyduğu diaspor siyasətinin mahiyyəti azərbaycanlıların tarixi vətənləri ilə əlaqələrini inkişaf etdirməkdən, xaricdə yaşayan azərbaycanlıların mədəni-siyasi hüquqlarını müdafiə etmək və eyni zamanda diasporun potensialından faydalanaraq dövlətlərarası münasibətlərin inkişafına töhfə verməkdən, ölkəmizin milli maraqlarının təbliğinə və siyasi arenada təsir gücünün artmasına şərait yaratmaqdan ibarət idi. Mövcud vəziyyət belə deməyə əsas verir ki, Azərbaycan bu məqsədlərə çatmaq üçün xeyli yol qət edib.
Müasir dövrdə diaspor anlayışı beynəlxalq münasibətlərin vacib elementlərindən birinə çevrilib. Yeni dünya düzəni və qloballaşma prosesləri diaspor siyasətinin tarixi məzmununu dəyişməkdədir. İndi diasporlar yalnız müəyyən bir dövlətin ərazisində məskunlaşmış eyni milli mənsubiyyətli insanların yaratdıqları ictimai hərəkat və ya birlik kimi nəzərdən keçirilmir, onlar həm də təmsil etdikləri xalqın milli maraqlarının fəal müdafiəçisi kimi tanınır. Diaspor təşkilatları fəaliyyət göstərdikləri ölkələrin ictimai-siyasi həyatının vacib komponentinə çevrilir, xarici siyasətə təsir imkanları əldə edir, dövlətlər arasında münasibətlərin inkişafında mühüm rol oynayır. Diasporların dövlətlər arasındakı münasibətlərə təsiri onların daxili mahiyyəti, özünəməxsus xarakteri, konkret bir mədəniyyətin daşıyıcısı olması, təmsil etdiyi millətin, xalqın, yaxud etnosun tarixi mənafelərini ifadə etməsi ilə bilavasitə bağlıdır. Çünki dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq hər bir xalqın diasporu yalnız özünün hüquq və azadlıqlarının qorunmasına çalışmır, həm də milli mədəni irsini təbliğ etməyə, tarixi Vətəni haqqında rəy formalaşdırmağa, onun rifahı və inkişafına dəstək olmağa səy göstərir. Bu, icma və birliklərin əhatəsində olduğu xarici mühitin təsiri altında formalaşmır, diasporun özünəməxsus keyfiyyəti olub onun mentalitetinin, tarixi yaddaşının, milli şüurunun, "milli mənlik” qürurunun təzahürü kimi özünü göstərir. Lakin dünyanın movcud diaspor ənənələri göstərir ki, bu birliklərin fəaliyyəti yalnız milli-mənəvi və mədəni dəyərlərin qorunması və milli varlığın təsdiqi dairəsi ilə məhdudlaşmır. Ölkəsindən kənarda yaşayan milli icmaların siyasi-iqtisadi mənafelər baxımından öz dövlətinin və xalqının maraqlarına xidmət etməsi, dövlətlərarası münasibətlərə təsir göstərməsi də vacib faktor kimi beynəlxalq siyasətdə aktiv şəkildə tətbiq edilməkdədir.Diasporların dövlətlər arasındakı münasibətlərin inkişafı haqqında danışarkən, Azərbaycanın bu sahədəki təcrübəsinə diqqət yetirmək yerinə düşür. XX yüzilliyin sonlarında dünyada baş vermiş mürəkkəb ictimai-siyasi proseslər, Sovet İttifaqının süqutu, birqütblü dünyanın yaranması, yeni müstəqil dövlətlərin meydana çıxmasından sonra diaspor quruculuğu işinin əhəmiyyəti daha da artmağa başladı. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra diaspor quruculuğu dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Dövlət müstəqilliyini əldə etdikdən sonra,Azərbaycan qısa vaxtda milli dövlət quruculuğu, iqtisadi, demokratik inkişaf, beynəlxalq aləmdə tutduğu mövqeyinə görə regionun lider dövlətinə çevrildi. Bu inkişaf həm də Azərbaycan diasporunun yaranması, onun formalaşması, təşkilatlanması, mütəşəkkil qüvvəyə çevrilməsinə şərait yaratdı. Əldə edilmiş nailiyyətlər, eyni zamanda dünya azərbaycanlıları arasında həmrəyliyin güclənməsi, ölkəmizin milli maraqları ətrafında sıx birləşməsi üçün güclü zəmin formalaşdırdı. Soydaşlarımızın tarixi Vətənlə əlaqələrini daha da gücləndirmək istiqamətində Ümummilli liderin atdığı mühüm addımlar tədricən nəticəsini verməyə başladı və 2001-ci ilin noyabrında Bakıda Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi kimi tarixi hadisə baş verdi. Dünya azərbaycanlıları ilk dəfə olaraq Bakıda bir araya gəldi, qarşıda duran vəzifələri, problemləri, onların aradan qaldırılması yolları müzakirə edildi. Ümummilli liderin diaspor quruculuğu sahəsində ardıcıl olaraq həyata keçirdiyi uzaqgörən siyasəti nəticəsində Azərbaycan diasporunun tarixində yeni bir mərhələ başladı.
Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin müasir dünyanın qlobal tələblərinə uyğun siyasi kursu son dövrlərdə diaspor hərəkatını daha da gücləndirib, xaricdəki Azərbaycan icmaları arasında əlaqələr möhkəmlənib, haqq səsimizin dünyaya çatdırılması, həmvətənlərimizin hüquq və azadlıqlarının müdafiəsi, həmçinin ölkələr daxilində siyasi proseslərə, az da olsa təsir göstərilməsi istiqamətində bir sıra nailiyyətlərə imza atılıb. Bəzi ölkələrin diaspor təcrübəsinə baxdıqda görünən odur ki, diaspor ilə sarsılmaz bağlar qura bilən ölkələr, beynəlxalq arenada daha güclü tərəfə çevrilirlər. Ölkəmiz də, məhz bu hədəfə doğru irəliləyir.Qeyd etməliyik ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ulu öndərin müəyyənləşdirdiyi siyasi kursu uğurla davam etdirərək diaspor quruculuğu işinin keyfiyyətcə yeni müstəviyə qaldırılması istiqamətində önəmli addımlar atmaqdadır.
Bu istiqamətdə Azərbaycanı layiqincə təmsil edən, ölkəmizdə və dünyada xeyriyyəçi, humanist fəaliyyəti ilə seçilən, həmçinin, mədəniyyətə, idmana qayğı ilə yanaşan, elm, təhsil, səhiyyə sahələrində respublikada və beynəlxalq miqyasda ictimai-siyasi xadim kimi böyük işlər görən birinci xanım, Azərbaycan Respublikasının birinci Vitse-Prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın müstəsna rolu xüsusi qeyd edilməlidir. Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, ölkəmizin üzləşdiyi təcavüzkarlıq faktının ifşası istiqamətində məqsədyönlü və ardıcıl iş aparır. Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yaradılan internet portalı (http://www.justiceforkhojaly.org), müxtəlif dillərdə hazırladığı "Qarabağ həqiqətləri” adlı bukletlər dünya ictimaiyyətinə problemin kökləri, səbəbləri haqqında kifayət qədər məlumat çatdırıb.
Daha dəqiq desək, Fondun dəstəyi ilə 2007-ci ildən başlayaraq hər il müxtəlif ölkələrdə Xocalı faciəsinə həsr olunmuş konfranslar, tədbirlər keçirilir, bu istiqamətdə xüsusi təbliğat aparılır. Aksiyalarda "Xocalı soyqırımı” filmi, ermənilərin Xocalıda törətdikləri vəhşilikləri əks etdirən fotoşəkillər, müxtəlif illərdə xarici ölkələrin nüfuzlu nəşrlərində Xocalı faciəsi haqqında dərc edilmiş materiallar və "Azərbaycana qarşı müharibə: mədəni irsin hədəfə alınması” kitabı təqdim olunur.Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlayan "Xocalıya ədalət!” beynəlxalq kampaniyası bu istiqamətdə atılan ən önəmli addımlardandır. Məhz bu kampaniyaya start veriləndən sonra bir sıra ölkələrin parlamentləri Xocalı soyqırımının tanınması ilə bağlı qərarlar qəbul edib, ayrı-ayrı dövlətlərdə Xocalı soyqırımı abidələri qoyulub.
- Dövlət Komitəsi tərəfindən ölkə başçısının tapşırıqlarına, Komitənin Əsasnaməsinə və digər normativ-hüquqi sənədlərə uyğun olaraq dünya azərbaycanlılarının birləşdirilməsi, soydaşlarımızın fəaliyyətinin koordinasiya edilməsi, diaspor hərəkatının gücləndirilməsi, milli-mədəni irsin təbliği, işğal edilmiş ərazilərimizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və həmvətənlərimizin xarici ölkələrin ictimasi-siyasi həyatında fəal mövqe tutması, siyasi-iqtisadi təsir imkanlarına malik olması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Azərbaycanın diaspor təşkilatlarının dayanıqlı əsaslar üzərində qurulması və daha güclü təməllərlə fəaliyyət göstərməsi üçün dövrün tələblərinə uyğun yeni strateji istiqamətlər müəyyənləşdirilib. Diasporla İş üzrə Dövlət Komitəsinə sədr təyinatımdan sonra strateji hədəflərə yönələn yenilənmiş fəaliyyət proqramı çərçivəsində artıq intensiv tədbirlərin həyata keçirilməsinə başlanılıb. Türkiyə, Fransa, Almaniya, Rumıniya, Ukrayna, Rusiya, Gürcüstan, İsveçrə, İsveç, Hollandiya, Çin və Amerika Birləşmiş Şatatlarına səfərlər edilib, soydaşlarımız və diaspor fəalları ilə görüşlər keçirilib, onların problemləri öyrənilib və həlli istiqamətində əməli tədbirlər görülür. Diaspor təşkilatları arasında birliyin təmin edilməsi, soydaşlarımızın vahid məqsəd ətrafında birgə fəaliyyətinə nail olunması məqsədilə Almaniya, Fransa, İsveçrə, İsveç, Hollandiya, Skandinaviya və Amerika Birləşmiş Ştatlarında Azərbaycanlıların Koordinasiya Şuraları təsis edilib.Eyni zamanda, bu ölkələrdə Azərbaycanın diaspor fəaliyyətinin səmərəliliyinin artırılması və tədricən güclü lobbiçilik ənənələrinə keçid istiqamətlərinin müəyyənləşdirilməsi üçün Komitə rəsmilərinin həmin ölkələrdə tarixi əhəmiyyət kəsb edən bir sıra görüşləri keçirilib. Bu gün dünyanın təqribən 50 ölkəsində 556 diaspor təşkilatı mövcuddur. Ümumiyyətlə isə son 8 ayda Dövlət Komitəsinin nümayəndə heyəti 11 ölkədə diasporumuz ilə görüşlər keçirib, onların vəziyyəti ilə yerindəcə tanış olunub və fikir mübadiləsi aparılıb.
Soydaşlarımızın hüquq və azadlıqlarından danışarkən Gürcüstanda yaşayan azərbaycanlıların problemlərini də unuda bilmərik. Gürcüstanda yaşayan azərbaycanlılarla bağlı məsələ hər zaman ölkə rəhbərliyinin və komitənin diqqətindədir. Gürcüstan hökuməti də bu problemlərin həlli istiqamətində addımlar atıb. Bu ilin iyun ayında Dövlət Komitəsinin nümayəndə heyəti ilə Gürcüstanda səfərdə olduq, azərbaycanlılar yaşayan bölgələrdə yerli sakinlərlə görüşüb onların problemləri, qayğıları ilə tanış olduq, icra orqanlarının nümayəndələri və bir sıra rəsmi qurumlarda görüşlər keçirdik. Həmvətənlərimizin burada təhsil, səhiyyə və sosial problemlərini öyrəndik. Lakin diqqət yetirdiyimiz ən önəmli məsələ Gürcüstan azərbaycanlılarının yerli cəmiyyətinə inteqrasiyasına nail olmaqdır. Çünki, yalnız cəmiyyətə inteqrasiya etmiş, vətəndaşı olduğu dövlətin dilini, qanunlarını bilən bir toplum öz hüquqlarını qoruya, normal yaşam şərtlərini təmin edə bilər. Eyni zamanda, bildirim ki, səfər çərçivəsində Heydər Əliyev Fondu adından Bolnisi və Qardabani rayonunlarına yüksək tibbi imkanlara malik təcili tibbi yardım avtomobili hədiyyə edilib.
Təbii ki, Gürcüstan azərbaycanlılarının problemlər uzun illər ərzində yığılıb qalmış, SSRİ-nin süqutundan sonra yaranmış situasiyanın doğurduğu fəsadlardır və soydaşlarımızın orada torpaqla təmin olunmasından tutmuş, təhsil sahəsinə qədər çox problemləri var. Bunlar qısa zamanda həll olunası məsələlər deyil və inanırıq ki, Azərbaycan hökumətinin Gürcüstan hökuməti ilə sıx əməkdaşlıq şəraitində bu problemlər tədricən həllini tapacaq.
- Dövlət Komitəsi ilk dəfə olaraq xarici ölkələrin diaspor siyasətinə cavabdeh dövlət qurumları ilə qarşlıqlı əməkdaşlıq haqqında Memorandum imzalayıb. Bu anlaşma ilk olaraq bizimlə Rumıniyanın Xaricdə Yaşayan Rumınlarla İş üzrə Nazirliyi arasında baş tutub. Sənəd iki strateji tərəfdaş ölkənin diasporunun birgə əməkdaşlığını və təcrübə mübadiləsini nəzərdə tutur. Memorandum iki ölkə diasporlarının yaxınlaşması, birgə fəaliyyət göstərməsi, layihələrin yerinə yetirilməsi, bir-birinin təcrübəsindən bəhrələnməsi istiqamətində mühüm əhəmiyyət kəsb edir.Rumıniya səfər çərçivəsində eyni zamanda,Xaricdə Yaşayan Rumınlarla İş Komissiyasının sədri senator Viorel Riçard Badea, Rumıniyanın Baş naziri Viorika Dançilanın iş aparatında dövlət müşaviri Andreea Pastarnak və Baş nazirin strateji tərəfdaşlıqların tətbiqi üzrə müavini Ana Birçal ilə görüşlər keçirilib. Görüşlərdə iki ölkə diasporları arasında əməkdaşlığın istiqamətləri müzakirə olunub. 2009-cu ildə imzalanmış Strateji tərəfdaşlığın yaradılması haqda Birgə Bəyannamə və Strateji tərəfdaşlığın həyata keçirilməsi üzrə Birgə Fəaliyyət Planının vacibliyinə toxunulub, iqtisadi əlaqələrin, qarşılıqlı sərmayə qoyuluşlarının genişləndirilməsinin önəmi qeyd edilib.İmzalanmış Memorandumla əlaqədar xüsusi işçi qrup yaradılıb və artıq sənəd üzərindən əməli işə keçilib. Belə ki, bu ayın əvvəlindəDiasporla İş üzrə Dövlət Komitəsi ilə Rumıniyanın Xaricdəki Rumınlarla İş üzrə Nazirliyinin əməkdaşlarından ibarət işçi qrup Buxarestdə görüşüb, gələcək əməkdaşlığın istiqamətlərini müzakirə edib.
- Bu gün ölkəmizdə innovativ inkişaf üçün ciddi addımlar atılır və ildən-ilə genişlənir. Bu prosesdə informasiya texnologiyaları sahəsi mühüm rola malikdir. Dövlət Komitəsi də informasiya-kommunikasiya texnologiyalarının imkanlarından yararlanaraq müxtəlif innovativ layihələr həyata keçirməkdədir.
Dövlət Komitəsinin rəsmi internet saytı yeni tərtibatda, üç dildə istifadəyə verilib;
Saytın təhlükəsizliyi maksimum səviyyədə təmin edilib;
Statistik göstəricilər nəzərə alınmaqla saytın mobil və digər qurğuları dəstəkləməsi təmin edilib;
Sayt sosial şəbəkələr ilə tamamilə inteqrasiya edilib və həm vebsayt üzrə, həm də ayrıca sosial şəbəkələr üzrə əhatəli analitik hesabatların qeydiyyatı aparılır;
Diasporamap.com inforqrafik xəritə patformasını istifadəyə verdik, müxtəlif ölkələrdəki diaspor təşkilatlarını və tanınmış azərbaycanlıları ölkələr üzrə topladıq. Qeyd edim ki, bu istiqamətdə işlərimiz davam edir, təşkilatların vahid bazası təkmilləşdirilir;
Dövlət Komitəsinin loqo və üslubunu çoxsaylı təkliflər nəzərə almaqla yenidən tərtib etdik;
Multimedia məhsullarının sayını artırmaqla Dövlət Komitəsi haqqında informasiya boşluğunu doldurmağa nail olduq. Video və inforqrafik çarxlar, slayd və təqdimat xarakterli informasiyalar saytımızın və sosial şəbəkələrin köməyi ilə geniş ictimaiyyətə çatdırılır;
Komitənin internet televiziyası Diaspor TV yaradılaraq aktiv fəaliyyəti təmin edilmişdir.Diaspor TV-də"Dünyada yaşayan azırbaycanlıları tanıyaq-tanıdaq” layihəsi həyata keçirilir. Layihə çərçivəsində, uğur əldə etmiş soydaşlarımız haqqında videoroliklər hazırlanaraq yayımlanır. Onlayn Azərbaycan dili dərsləri təşkil edilir, "Azərbaycan dilində danışan xaricilər” və "Qarabağ” rubrikası da fəaliyyət göstərir. Burada Qarabağ haqqında 5 cümlə 5 dildə yayımlanır. "Sabahın xeyir, Azərbaycan” rubrikası var, xaricdə yaşayan soydaşlarımız, əsasən gənclər ölkəmizi salamlayır, sabahın xeyir Vətən söyləyirlər.
Paralel olaraq, Komitənin İctimai Televiziya ilə birgə layihəsi çərçivəsində ayda bir dəfə "Vətən uzaqda deyil” adlı veriliş yayımlanır. Verilişdə xaricdə yaşayan soydaşlarımızla müsahibələr, həyata keçirilən layihələr barədə videoreportajlar və s. yer alır.
Müasir dövrün tələbinə uyğun olaraq sosial şəbəkələrə – əsasən facebook, twitter, youtube-a diqqət artırılıb. Xüsusilə, sosial şəbəkələr üçün müxtəlif rubrikalar üzrə hazırlanmış multimedia materialları və rəsmi vebsaytın informasiya paylaşımları hesabına izləyicilərin sayında böyük artım oldu və proses sürətlə davam etməkdədir.Diaspor təşkilatlarına onların elektron və sosial mediada işini gücləndirmək məqsədilə informasiya-kommunikasiya texnologiyaları sahəsində tam ödənişsiz texniki dəstək təklif edirik. Diaspor təşkilatlarının internet saytlarının hazırlanması, e-poçt xidmətlərinin yaradılması və digər innovativ məsələlərdə, eləcə də sosial mediada marketinq işinin təşkilinə dair dəstək göstərəcəyik. Bu məqsədlə, diaspor təşkilatlarının qeydiyyata alınması prosesi davam edir və artıq 85 təşkilat qeydiyyatdan keçib.
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin radiosu Diaspor.FM test yayıma başladı. Həm veb üzərindən, həm də mobil tətbiq vasitəsi ilə yayım aparılır.
Həyatda olan, dünyadan köçmüş, dünya tarixinə və dünya gündəminə iz salmış azərbaycanlıların bioqrafiyalarının toplandığı bank yaradılır. Bank onlayn rejimdə fəaliyyət göstərəcək və ətraflı axtarış sisteminə malik olacaq.
Bu tip layihələrin həyata keçirilməsində əsas hədəflərimizdən biri də internet məkanında Azərbaycan həqiqətləri ilə bağlı informasiyaların – kontentin üstünlüyünənail olmaqdır.
- Müasir dövrdə informasiya müharibəsi, şərtlər, siyasi reallıqlar və yeni fəaliyyət mexanizmləri, Azərbaycan diaspor hərəkatında gənclərin rolu, lobbi quruculuğu, cəmiyyətə inteqrasiya və siyasi həyatda fəallığın artırılması kimi mühüm məsələlər, həmçinin təbliğat işində müasir metodların və informasiya texnologiyalarının tətbiqi diqqət mərkəzində olacaq. Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, azərbaycanlılara qarşı ermənilərin törətdikləri vəhşiliklər barədə beynəlxalq ictimaiyyətin müəlumatlandırılması, konkret hadisələr üzrə faktların dünya ictimaiyyətinə çatdırılması cənab Prezidentin hər birimizin qarşısında müəyyən etdiyi ən vacib məsələlərədn biridir. Bu istiqamətdə görülən işlərdən danışarkən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti xüsusi vurğulanmalıdır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın bu sahədə rolunu təkrarən qeyd etmək istərdim. Onun təşəbbüsü ilə yaradılan "Xocalıya ədalət!” beynəlxalq kampaniya ən önəmli addımlardandır.
Qeyd etmək yerinə düşər ki, görülən bu işlər yalnız müəyyən vəzifə daşıyıcılarının və ayrı-ayrı ictimai xadimlərin deyil, bütövlükdə hər bir azərbaycanlının, hər bir vətənsevərin, eləcə də beynəlxalq hüquq normalarına hörmətlə yanaşan hər bir insanın borcudur. Diasporla İş üzrə Dövlət Komitəsi olaraq da soydaşlarımızla bu istiqamətdə söhbətlər aparılır, təşkilatlara həqiqətlərin təbliğində bütün mümkün dəstək göstərilir. Biz təşkilatları bütün zəruri əyani vəsaitlərlə təmin edirik, onlara təbliğat dəstəyi göstəririk. Biz hər hansı diaspor təşkilatının fəaliyyət planına düzəliş və ya hər hansı təsir etmirik. Sadəcə təşkilatlar dövlətimizin məqsəd və hədəflərini, o cümlədən Komitənin qarşısında dayanan vəzifələri bilirlər və öz fəaliyyət planlarını da buna uyğun qururlar.