adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
27 Dekabr 2018 11:39
12693
KRİMİNAL
A- A+

Ötən 5 il ərzində 160-dək cinayətkar şəxs Azərbaycana ekstradisiya edilib

Azərbaycan "Ekstradisiya haqqında" 1957-ci il tarixli Avropa Konvensiyasının iştirakçısı olmaqla Ədliyyə Nazirliyi tərəfindən səlahiyyətli qurum kimi qitə dövlətləri ilə səmərəli əlaqələr həyata keçirilir. Həmin sənədlər cinayətkarlığın yayılmasının qarşısının alınması, cinayət törətmiş şəxslərin məsuliyyətə cəlb olunması və bununla da ədalət mühakiməsinin təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir.

Bu barədə Adalet.az-a Ədliyyə Nazirliyindən məlumat verilib.

Təsadüfi deyil ki, İspaniya və Əlcəzair kimi uzaq dövlətlərdən cinayətkar şəxslərin ölkəmizə ekstradisiyası həyata keçirilib.

Son dövrlər ekstradisiya zamanı təslim edilən şəxslərin hüquqlarının qorunmasına, onların penitensiar müəssisələrdə saxlanma şəraitinin Avropa standartlarına uyğun təminatına və tibbi vəziyyətinə daim nəzarət olunmasına xüsusi diqqət yetirilir. Hətta bəzi dövlətlərdə şəxsin ekstradisiyası barədə qərarın onu qəbul edən dövlətdə saxlanma şəraiti ilə yerində tanış olunduqdan sonra verilməsi təcrübəsi mövcuddur.

Bu sahədə aparılan islahatların müsbət nəticəsidir ki, Almaniya tərəfi qeyd edilən praktikadan istifadə edərək Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən Azərbaycan vətəndaşının ekstradisiyası ilə bağlı müsbət qərar qəbul edib və o, bu günlərdə Ədliyyə Nazirliyi tərəfindən Almaniyadan ölkəmizə gətirilib.

Ümumiyyətlə isə, ötən 5 il ərzində 160-dək cinayətkar şəxslərin Azərbaycana ekstradisiya edilməsinə nail olunub.

Bu sahədə lazımi tədbirlər bundan sonra da davam etdiriləcək.