adalet.az header logo
  • Bakı 21°C
27 Dekabr 2018 11:12
12206
KRİMİNAL
A- A+

Ötən gün 115 cinayət faktı qeydə alınıb

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 115 cinayət faktı qeydə alınıb, onların da 20-si "isti izlər”lə açılıb.

DİN-in mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 28 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 30 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2 nəfər, borclu şəxs qismində axtarışda olan 14 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər xəsarət alıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 22 nəfər saxlanılıb.