adalet.az header logo
  • Bakı 13°C
27 Dekabr 2018 10:44
7290
MƏMLƏKƏT
A- A+

Bakı məktəblərində işə qəbul üzrə 1145 vakansiya verilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələri üzrə müəllimlərin işə qəbulu və yerdəyişməsi müsabiqəsinə BŞTİ tərəfindən 2018-2019-cu dərs ili üçün 1145 vakansiya təqdim olunub.

Bu barədə Adalet.az-a Bakı şəhər Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, işə qəbul olanların sayı 525 nəfərdir.

"Müəllimlərin işə qəbulu müsabiqəsi və müddətli əmək müqaviləsi əsasında çalışan müəllimlər üçün təşkil edilmiş müsahibələrin nəticəsində 525 nəfər daimi əsaslarla işə qəbul olunub. 265 müəllimin iş yeri dəyişdirilib. 2018-ci ildə ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi prosesi nəticəsində 265 müəllim iş yerini dəyişib. 1036 müəllim müddətli müqavilə ilə işə qəbul üçün göndərilib 2018-2019-cu tədris ili üçün müəllimlərin işə qəbulu müsabiqəsinin müddətli müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmə prosesi nəticəsində 1036 namizəd müddətli müqavilə ilə işə qəbul üçün göndərilib.