adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
27 Dekabr 2018 10:11
5318
HADİSƏ
A- A+

Sabunçuda YANĞIN: 4 nəfər xəsarət aldı

Sabunçuda yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən Adalet.az-a verilən məlumata görə, bir dam altında tikilmiş, ümumi sahəsi 40 m² olan 1 otaqlı evin yanar konstruksiyaları 25 m² sahədə və ümumi sahəsi 30 m² olan 2 otaqlı evin yanar konstruksiyaları 15 m² sahədə yanıb.

Yanğın zamanı 4 nəfər xəsarət alıb. Evlərin qalan hissəsi və qonşu evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.