adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
17 Dekabr 2018 17:34
4916
MƏMLƏKƏT
A- A+

“Deyilən söz yadigardır!” layihəsinin icrasına başlanılıb

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən "Deyilən söz yadigardır!” layihəsinin icrasına başlanılıb.

15-16 dekabr 2018-ci il tarixlərində "Deyilən söz yadigardır!” layihəsi çərçivəsində gənclərə natiqliklə bağlı müxtəlif mövzularda silsilə təlimlər keçirilib. Təlimlərdə iki gün ərzində müxtəlif məktəblərdən 15 nəfər gənc iştirak edib. Layihənin start götürdüyü ilk gün təlim sessiyası ərzində "natiqlik anlayışı”, "qarşındakını necə inandırmalı”, "ritorika”, "arqumentasiya”, "effektiv nitq üsulları” və s. mövzular ətrafında müzakirələr aparılıb. İştirakçılar tərəfindən verilən suallar təlimçi tərəfindən cavablandırılıb, təlimin növbəti hissəsi interaktiv şəkildə davam edib.

Layihənin ikinci günü davam edən təlimlərdə daha çox praktiki hissələrə yer ayrılıb, bu hissə iştirakçıların aktiv müzakirələri ilə müşayiət olunub. İlk gün öyrənilən nəzəri biliklərlə bağlı praktiki simuliyasiyalar göstərilib, iştirakçıların birbaşa öz ifalarında çıxışlar dinlənilib