adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
26 Dekabr 2018 16:25
4817
HADİSƏ
A- A+

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub.

FHN-dən Adalet.az-a verilən məlumata görə, Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində ümumi sahəsi 62 m² olan 3 otaqlı mənzilin 1 otağında ev əşyaları 12 m² sahədə yanıb. Yüksək temperaturdan mətbəxin, sanitar qovşağın lambirdən ibarət tavanı 11 m² sahədə və 2 ədəd plastik qapı əriyib. Digər otaqlar yanğından mühafizə olunub və yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.