adalet.az header logo
  • Bakı 18°C
27 Dekabr 2018 09:46
6563
GÜNDƏM
A- A+

Aynur Camalqızı “Azercell”in tədbirini niyə tərk etdi?

"Azercell Telecom" MMC-nin bəzi kütləvi informasiya vasitələri üçün təşkil etdiyi səhər yeməyi zamanı qalmaqal yaşanıb. 

 Adalet.az-ın verdiyi xəbərə görə, "Gündəlik Teleqraf" Media Qrupunun rəhbəri Aynur Camalqızı "Azercell" kütləvi informasiya vasitələri ilə əlaqələrini doğru qurmamaqda, eyni zamanda müştərilərinin hüquqlarını pozmaqda ittiham edib: "Harada görsənib ki, şirkət öz müştərilərini hədələsin? Harada görünüb ki, şirkət öz müştərilərinə məmnunluq əvəzinə gərginlik, stress gətirsin? Bu nə münasibətdir, bu nə biabırçılıqdır?" 

 Aynur Camalqızı "Azercell”in abunə haqqı tutulması ilə bağlı müştərilərə göndərdiyi SMS-lərdə onları məhkəməylə hədələməsini kəskin tənqid edib. 

Qeyd edək ki, bundan başqa "Azercell”in təşkil etdiyi səhər yeməyində Mətbuat Şurasının "qara siyahısı"nda yer alan saytların dəvət olunması da etiraza səbəb olub. Bəzi sayt rəhbərləri buna görə məclisi tərk edib.