adalet.az header logo
  • Bakı 18°C
26 Dekabr 2018 15:22
15449
DÜNYA
A- A+

İSRAİL SURİYAYA İRİMİQYASLI RAKET ZƏRBƏLƏRİ ENDİRİB

İsrailin Hərbi Hava Qüvvələri Livanın hava sərhədini pozaraq Suriyanın paytaxtı Dəməşqə raket zərbələri endiriblər. Hədəf Dəməşq yaxınlığında yeləşən İranın nüvə obyektləri olub. Dəməşqdən bildirmişlər ki, bu hücum 2018-ci il sentyabrın 17-də Rusiyaya məxsus 14 heyətlə birlikdə İl-20 kəşfiyyat təyyarəsinin vurulmasından sonra İsrailin etdiyi ən irimiqyaslı hücumdur. Newsru İsrailin məlumatına görə, Suriya ərazisinə ən azı 22 raket zərbəsi endirilib. Raket zərbələri nəticəsində Dəməşqin qərbindəki Sabur şəhərində yerli məktəb binasında «Hizbullah» təşkilatının qərargahı və İranın «Fəcər-5» raket anbarı məhv edilib. Hansı ki bu anbarı general-mayor Mayer Əsədin komandanlığı ilə 4-cü diviziyanın əsgərləri qoruyurdu. Bundan başqa, Al-Tal şəhərindəki hərbi fabrik də hücuma məruz qalıb.

Pentaqondan verilən məlumatlara görə isə İsrail hərbi hava qüvvələrinin Dəməşq aeroportuna endirdiyi raket zərbələri nəticəsində Tehrana uçmağa hazırlaşan «Hizbullah» təşkilatının yüksək rütbəli üzvlərinin də zərər gördüyü bildirilib. Suriyanın «Sana» dövlət telekanalı bildirib ki, Suriyanın havadan müdafiə qüvvələri İsrailin bir neçə raketini zərərsizləşdirib.

Rəsmi İsrail hərbi hava qüvvələrinin bu hücumda iştirak etməsini nə təsdiq, nə də inkar edir. KİV-lərinin yaydığı məlumatlarda isə bildirilir ki, İranın mülki aviaşirkəti «Fars air Qeshm»a məxsus Suriyaya hərbi avadanlıqlar və silah gətirməsi güman edilən «Boinq-747» təyyarəsinin eniş etməsindən sonra bu ərazilərə raket zərbələri endirilib.

Beynəlxalq komitənin üzvü Oleq Morozov «Ria-Novosti»yə bəyan edib ki, Suriya ərazi bütövlüklərinin təhlükəsizliyini qorumaq üçün Rusiyanın «ZRK S-300» müdafiə komplekslərindən istifadə etmək hüququna malikdi.

MEHRİBAN