adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
26 Dekabr 2018 12:51
19545
MARAQLI
A- A+

Yaponiya balina ovuna başlamaq istəyir

Yaponiya hökuməti 2019-cu ilin iyulundan balina ovu sənayesini bərpa etmək qərarına gəlib.

Trend-in məlumatına görə, hökumətin bəyanatına əsasən bunun üçün ölkə Beynəlxalq Balina Sənayesi Komissiyasından (IWC) çıxacaq.

Təşkilatdan çıxandan sonra Yaponiya öz ərazi sularında və xüsusi iqtisadi zonada balina sənayesi ilə məşğul olacaq.

Qeyd edək ki, balinakimilərin gəlir əldə etmək məqsədilə ovlanması (məqsəd balinaların piyini əldə etmək olub; onların piyi əsasən yanacaq kimi istifadə edilirdi, üstəlik, sənaye əhəmiyyətli olub) XX əsrin ortalarına qədər davam edib. Balinanın ətindən kolbasa, sümüklərindən A vitamini, beynindən isə hormonlar və insulin hazırlanır.

Xatırladaq ki, yaponlar 1600-ci ildən balina ovu ilə məşğul olublar.