adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
21 Dekabr 2018 15:27
20892
TEXNOLOGİYA
A- A+

“Bakcell” və “İnnoland” əməkdaşlıq edəcək

Dekabrın 20-də"Bakcell” MMC ilə "İnnoland” inkubasiya və innovasiya mərkəzi arasında əməkdaşlıq memorandumu imzalanıb.

Adalet.az xəbər verir ki, sənədi "Bakcell"in baş icraçı direktoru Nikolay Bekers və "İnnoland"ın direktoru Tağı Tağızadə imzalayıb.

N.Bekers rəhbərlik etdiyi şirkətin Azərbaycanda startaplara dəstəyini davam etdirəcəyini deyib.

T.Tağızadə isə bildirib ki, təmsil etdiyi qurum Azərbaycanda startap ekosisteminin formalaşmasında maraqlıdır.