adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
26 Dekabr 2018 11:30
24456
HÜQUQ
A- A+

Cahangir Hacıyev və 20 nəfərin məhkəmə işinin tarixi açıqlandı

Mənimsəmədə təqsirləndirilən "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədriCahangir Hacıyev,onun bacanağıİsmayıl Hidayət-zadə, sabiq deputatDünyamin Xəlilov,Camal Həsənov,Sərxan Rəsulov,Natiq İmanov,Samir Hacıyev,Təbriz Əbdülhəmidov,Mahir Qafarov,Sadıx Murtuzayev,Tərlan Məhərrəmov,Fəxrəddin Heybətov,Ramin Əhmədov,Fariz Muradov,Səlahəddin Qədirov,Erxan Cavad,Arif Ramazanov,Navai Şirinov,Svetlana Əsədullayeva,Arif Mədətov,Adil Mikayılov,Ramis Kərimovun cinayət işi üzrə məhkəmənin vaxtı açıqlanıb.


Adalet.az "Report"a istinadən xəbər verir ki, BakıAğır Cinayətlər Məhkəməsində keçiriləcək hazırlıq iclası 2019-cu ilin yanvarın 21-nə təyin edilib.

Cinayət işinə hakimFaiq Qəniyevinsədrliyi ilə baxılacaq.


Qeyd edək ki,rəsmi məlumata əsasən, aparılmış istintaqla 2001-2015-ci illərdə "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləmiş C.Hacıyevin göstərişləri əsasında ayrı-ayrı ölkələrdə yaradılmış hüquqi şəxslərlə real dəyəri olmayan sadə veksellərin alqı-satqısına dair 3,4 milyard ABŞ dolları və 987 milyon avro məbləğində (müvafiq dövrün məzənnəsi ilə 3,8 milyard manat) müqavilələr bağlanılaraq qanunsuz veksel əməliyyatları aparılmasına dair əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, istintaqla C.Hacıyevin göstərişləri əsasında həmin dövrdə qeyriləri vasitəsi ilə çoxsaylı kredit müqavilələri bağlanaraq manat və xarici valyutalarla rəsmiləşdirməklə 900 milyon manat həcmində pul vəsaitinin bankdan digər hesablara köçürülərək mənimsənilməsinə dair əsaslı şübhələr müəyyən edilib.

Aparılmış istintaqla C.Hacıyevin tanışı Dünyamin Xəlilov, digər 20 nəfər və qeyriləri ilə birlikdə qanunsuz maliyyə əməliyyatları aparılan və real dəyəri olmayan veksellərin alınması, eləcə də təminatı olmayan kreditlərin verilməsi yolu ilə ümumilikdə4,7 milyard manatməbləğində pul vəsaitinin mənimsəmə və digər cinayətlər yolu ilə 2,5 milyard manat hissəsini ələ keçirməklə cinayət yolu ilə əldə edilmiş həmin vəsaitin 2 milyard manatını leqallaşdırmasında, digər 2,2 milyard manat məbləğində pul vəsaitinin isə müxtəlif əməliyyatlara yönəltməklə "Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.

İstintaqla həmçinin C.Hacıyevin D.Xəlilovla birlikdə faktiki rəhbərlik etdiyi "Aztorq” MMC üzrə 2011-2014-cü illərdə dövlət büdcəsinə 1 milyon 752 min manat vergiləri ödəməkdən yayınmasına əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilən epizodlar üzrə Cahangir Hacıyevə mütəşəkkil dəstə tərəfindən küllü miqdarda mənimsəmə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması, vergidən yayınma və digər maddələrlə, D.Xəlilov və digər 20 şəxsə isə mənimsəmə və digər maddələrlə ittiham elan olunmaqla cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Xatırladaq ki, C.Hacıyev Bakı Ağır Cinayətlər Məhkəməsininhökmüilə15 il,D.Xəlilov13 ilvəİ.Hidayət-zadəisə7 ilmüddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə D.Xəlilovun cəzası13 ildən12 il 9 aya, Ali Məhkəmə isə İ.Hidayət-zadənincəzasını 5 ilə endirib.