adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
26 Dekabr 2018 00:42
11429
ƏDƏBİYYAT
A- A+

Ölüm sevinməsin qoy

Bilməz idim ayrılıq var, ölüm var...

Atalar "ölüm qaşla gözün arasındadır" desələr də, qəfil ölüm çox gözlənilməz və ağrılı olur. Cuvarovlar ailəsində baş verən agır itki bizim hamımızı?onun yaxınlarını, dostlarını, qohumlarını sarsıtdı. Zəhmətkeş bir ailədə dünyaya göz açan, qədim Göyçə elinin dəyərli oğlu ömrünün 46-cı baharında gözlərini bu vəfasız dünyaya əbədi yumdu.
Cuvarov Təbriz Yasin oğlu, 1972-ci il, dekabrın 16-da Ermənistan Respublikası, Kalinino rayonunun Evli kəndində anadan olmuşdu. Ailənin sonbeşiyi idi Təbriz. Qoçaqlığı, işgüzarlığı, nəfsinin toxluğu, xeyirxah bir qəlb daşıyırdı köksü altında. Mamamın (bizdə atanın bacısına mama deyirlər)yəni bibimin sonbeşiyi, sevimli xallı oğlu idi. Anadangəlmə qolunda iri xal vardı. Yəqin ki, Allah onu çoxdan seçmişdi. Çünki nişanəsi vardı ...
Təbriz elimizin ən dəyərli oğullarından idi. Ürəyi yumşaq, qonaqpərvər, istiqanlı, heç kimin qəlbinə dəyməyən, heç kimin yaxşısını pisini söyləməyən sadə bir insan idi. Bir dəfə onunla yol yoldaşı olmuşdum. İsmayıllıya toy məclisinə aparırdı məni və ailəsini. Qəlbisınıq dayıqızını qabaqda oturtmuşdu. Yol boyu həzin musiqilər oxudurdu. Mən də için-için ağlayırdım. O isə kədərlə üzümə baxıb "dayıqızı, səndən heç nə soruşmuram ,qorxuram ki, sualımla səni incidəm " dedi.
Təbrizin həyat yoldaşı Esmira xanım, atamın əmisi qızıdır. Özünə yaraşan ömür-gün yoldaşı seçmişdi Təbriz. Esmira xanım uşaqlıqdan bu günə qədər ən etibarlı rəfiqəmdir. Əslində onun bəxt yazısını Allah gözəl yazmışdı. Esmira etibarlı sinif yoldaşı, əziz qohumu və dəyərli eloğlusu ilə ailə qurmuşdu. Onu yarıyolda qoyacağını isə qətiyyən ağlına gətirməzdi. Təbrizin bu vaxtsız, qəfil əcəllə gələn ölümünə hələ də inanmır, inana bilmir gözəl bacım. Bir günün içində dağ kimi igidini itirib bənizi solub, rəngi saralan bacım.
Əzrayi atam Şəmistan kimi Təbrizə də evinə çatmağa aman vermədi. Qəfil ölüm xəbəri bütün eli sarsıtdı, qohumları bir-birinə qatdı. Səhərəcən zoqquldadı yarası bacımın. Kürəyini qucaqladımg səsi kəsilmədi göyüm-göyüm göynədi.Vəfasız sinif yoldaşı Təbriz, bir həyat boyu birlikdə olacaqlarına söz verən ömür-gün yoldaşı onu yarı yolda buraxmış, dünyasını tar-mar etmiş, ki övladını gözüyaşlı qoymuşdu. Elçin və Ülvi mehriban, xoş nəvazişli ata itirmişdi. Dekabrın 16-sı Təbrizin doğum günü idi. Hami bu xöş günə hazırlaşır, onu sevindirəcək , xoşuna gələcək hədiyyələr almaq barədə düşünürdü. Onlar Təbrizə xoş sürpriz hazırlamışdılar, əcəl isə onlara dəhşət və müsibət yaşatdı. Doğmaları ilə birgə hətta son ad gününü keçirmək belə Təbrizə qismət olmadı. Fələyin üzü dönsün!
Təbriz ,sənin əziz xatirənə ithaf ettiyim bu məqalədə qəmli, ağrılı yoxluğunla otağını soyudan, son baharda bizə qarlı-şaxtalı, çovğunlu qış yaşadan, bütün yaxınlarını kövrəldən, acılı- şirinli günlərin xatirələrini yada salan, son vidanı işıqlandıran dayın qızı sağalmayacaq bir yaranın nisgilini işıqlandırdı.

Pərvanə Şəmistanlı