adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
26 Dekabr 2018 11:05
13139
ƏDƏBİYYAT
A- A+

Əbülfət Mədətoğludan yeni şeir: DƏRDİM MƏNİ TANIDIR

Çəkdiklərim bir dəvə
bir də bir fil yüküdü...
Dərdimin üzündəki -
vallah şeytan tüküdü...

Üzümə gülümsəyib
qoymur küsüb , inciyim...
Şərbət kimi süzülür -
amma dərddi içdiyim!..

Məst olmuşam ilk dəfə
şərab içmiş cavan tək...
Baxıram mən bu kefə -
dörd divarla yavan , tək ...

Yük artdıqca dizlərim
yarpaq kimi titrəyir...
Dil dolaşır -
sözlərim
dodağımda büdrəyir...

Çəkdiklərim üyüdür
məni kirkirəsində...
Dərdim həm də tanıdır -
məni yer kürəsində!..