adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
26 Dekabr 2018 11:24
12784
DÜNYA
A- A+

Siqaret satışı Rusiyada da qadağan edilir

İsveçdən sonra Rusiya da tütün məmulatlarının satışını qadağan etməyə hazırlaşır.

Adalet.az xəbər verir ki, Rusiyanın Səhiyyə Nazirliyi 2019-2030-cu illərdə tütün istehlakına qarşı dövlət siyasəti konsepsiyası layihəsini hazırlayıb.

2016-cı ildə Rusiya əhalisinin demək olar ki, 40 milyonu bu zərərli vərdişə sahib olub. 2025-ci ilə qədər bu rəqəmin 25 faiz azalması, 2040-2050-ci illərdə isə 5 milyona endirilməsi nəzərdə tutulub. Burada həmçinin tütün məhsullarının mərhələli şəkildə dövriyyədən çıxarılması ehtimalı da nəzərdən keçirilir.

Qeyd edək ki, bir qədər əvvəl İsveç parlamentində 2025-ci ildən etibarən ölkə daxilində tütün məhsullarının satışına qadağa qoyulmasına qərar verilmişdi.