adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
26 Dekabr 2018 11:18
16359
DÜNYA
A- A+

Gürcüstan çadra və niqabı qadağan etmədi

Gürcüstan İnsan Haqları Komitəsinin üzvləri Vətənpərvərlər Alyansı Partiyasından olan deputat Emzar Kviçianinin müsəlman qadın geyimləri olan çadra, niqab və burkanın qadağan edilməsini təklif edən qanun layihəsini qəbul etməyib.

Adalet.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında komitənin sədri Sofio Kiladze deyib. Onun sözlərinə görə, hazırda parlamentdə dini məsələlərlə bağlı çoxlu sayda qanun layihəsi toplanıb. O, bunun həlli üçün xüsusi işçi qrupunun yaradılacağını və Kviçianinin də təşəbbüsünün burada müzakirə olunacağını bildirib.

Qeyd edək ki, Kviçianinin təşəbbüsünə əsasən, çadra, niqab və burkanın bütün ictimai yerlərdə geyinilməsi qadağan edilməlidir. O, bu qanunu ilk dəfə pozanların 500 lari, ikinci dəfə pozanların isə 1500 lari cərimələnməsini tələb edib.