adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
26 Dekabr 2018 10:36
13371
DÜNYA
A- A+

Çində zavod partlayıb - Ölən və yaralılar var

Çinin şimal-qərbindəki Xinyanq muxtar regionundakı "Xinzhi Energy Chemicals Co” kimya zavodunda baş verən partlayış nəticəsində 3 insan ölüb, 6 nəfər isə yaralanıb.

Adalet.az xəbər verir ki, bu barədə "Tianshan news” məlumat yayıb. Bildirilib ki, partlayış zavodda fırlanan əhəng sobasının sınağı keçirilərkən baş verib.

Qeyd edək ki, Çin dünyanın ən çox kimyəvi maddələr istehsal edən ölkəsidir. Lakin buradakı sənaye müəssislərində təhlükəsizlik standartlarına ciddi riayət edilmir. Bu səbəbdən son illər Çinin kimyəvi sənayesində çoxsaylı iri partlayışlar baş verib. 2015-ci ildə Tianjin liman şəhərində yerləşən kimyəvi müəssisədəki partlayışda 165 nəfər ölmüşdü.