Əbülfət MƏDƏTOĞLU: YADDAŞIMDA YAŞAYAN FƏRRUX MÜƏLLİM

ƏBÜLFƏT MƏDƏTOĞLU
51114 | 2018-12-26 10:14

Hər dəfədoğulduğum yurddan, həsrətini çəkdiyim torpaqlardan söz-söhbət düşəndə özüm dəbilmədən izinsiz-filansız çıxıb gedirəm bu şəhərdən. Sığışa, yaşaya bilmədiyimbu şəhərdən gedə-gedə də özümlə bir dünya qayğı aparıram. Elə bir qayğı ki, onuancaq oradakı insanlarla, ağsaqqallarla, dünyagörmüşlərlə, müdriklərlə bölüşəbilərəm. Onların nəsihəti, onlarınfikirlərilə bir ipucu tapa bilərəm...

Və beləcə,düşüncələrin, qayğıların içərisində gedib çıxıram Qarabağa. Təbii ki, bu gedişxəyaləndi, ruhəndi. Elə məni orda gözləyənlər də ruhlardı - doğmalarımın,el-obamın, ağsaqqalların, seçilənlərin ruhları. O ruhlar ki, nigarandı,narahatdı... o ruhlar ki, bizi gözləyir. Özü də ruhumuzu yox, özümüzü, əlində qələbə bayrağı o yerlərə dönəcək insanları...

Onu erkən, yənigənclik illərindən tanımışdım. Orta məktəbdə sonuncu siniflərdə oxuyurdum. Ailəmizdəeşitmişdim onun adını. Doğma kəndimizdə rəhbər vəzifədə işləyən əmim telefonladanışanda adını çəkmişdi onun. Və sonra da marağımı görüb bildirmişdi ki, Fərruxmüəllim yaxşı kişidi, dizi bərk adamdı. Stepanakertdə işləyir. Bu mənim Fərruxmüəllim barəsində eşitdiyim ilk informasiya idi. Həyat elə gətirdi ki, kənd məktəbimizindirektoru, sevimli müəllimim, Qarabağ hadisələrinin başlandığı illərdəel-obamıza ağsaqqallıq etmiş, rayon icra hakimiyyətində müavin kimi fəaliyyətgöstərmiş Niyaz Cahangirov da Fərrux müəllimlə bağlı həmişə xoş sözlər söyləyirdi.Onun nə qədər millətsevən, torpaqsevən, qanuna, dövlətə sədaqətli bir insanolduğunu xüsusi vurğulayırdı. Bax, bütün bu bilgilərin içərisində mənim dətaleyimə onunla görüşmək, onunla həmsöhbət olmaq yazıldı. Daha doğrusu, o alınyazısı gerçəkləşdi.


İndiki kimiyadımdadı, Xankəndində ermənilər ilk mitinqlərinə başlamışdılar. Hadisələrinaxarı bizim üçün yaxşı olmayacaq bir məcraya yön almışdı. Belə bir vaxtda ermənilərionların özlərindən də yaxşı tanıyan, əqidələrinə, kimliklərinə ovcunun içi kimibələd olan Fərrux müəllim söhbətlərimizinbirində vurğuladı ki, bu gün (yəni 1988-ci ildə - Ə.M.) Azərbaycana HeydərƏliyev lazımdır. Ermənilərə yerlərini yalnız o göstərə bilər. Bu dığaların, butör-töküntülərin qorxduqları, çəkindikləri bir kişi var - o da HeydərƏliyevdir!

Sonra söhbətimizbir az da əhatə dairəsini genişləndirdi, yəni şaxələndi. Və mən Fərrux müəllimdəneşitdiklərimi yaddaşıma köçürməyə başladım. Öyrəndim ki, 1979-cu ildən DağlıqQarabağ Muxtar Vilayəti İcraiyyə Komitəsinin sədrin birinci müavini işləyir. Vilayətdə ən yüksək rəhbər vəzifədə çalışan yeganə azərbaycanlıdır. Bütün hadisələr onungözlərinin qarşısında baş verir. O, vilayət rəhbərliyinin xəyanətlərini, Azərbaycanxalqına və dövlətinə qarşı etdikləri cinayətləri bütün detallarıyla görür, özgücü daxilində onlara yerlərini göstərməyə çalışır... Lakin Azərbaycanın ovaxtkı rəhbərliyi Heydər Əliyev siyasətindən, idarəçilik məktəbindən uzaqolduqları üçün ona dəstək vermirlər. Onun informasiyaları, etdiyi məruzələrBakıda ən yüksək səviyyələrdə belə etinasızlıqla qarşılanırdı. Çünki Vəzirov vəonun ardınca gələnlər ermənilərin məqsəd və məramlarını ya görmürdülər, ya daMoskvanın diqtəsindən, təsirindən xilas ola bilmirdilər. Ona görə də xalqdanuzaq düşürdülər...

Bir dəfə Fərruxmüəllimi baş verən hadisələrin bütüncizgilərini, necə deyərlər, dioqnostikasını araşdırmaq üçün söhbətə çəkdim.İndiki kimi yadımdadı. İlk sözü bu oldu ki, Kamran Bağırov Azərbaycan milisini(polis) Dağlıq Qarabağdan çıxarmamalıydı. Çünki Qarabağa ezam edilmiş polislərburada qanunçuluğu bərpa etmişdi. Ermənilər qorxularından nəfəs də çəkəbilmirdilər. Hadisələrdə iştirakı olan dığaların hamısı artıq Qarabağı tərkedirdi. "Krunq" təşkilatının üzvləri hətta ailələrini də Qarabağdançıxarmışdılar. Hər dəqiqə həbs olunacaqlarını gözləyirdilər. Mən KamranBağırovun bu qərarını eşidəndə onun yanındaydım. Vilayətdəki vəziyyəti məruzəedirdim. Özümdən asılı olmadan çox sərt şəkildə bu qərara etiraz etdim. Söhbətimizinbir məqamında Mərkəzi Komitənin katibi vəzifəsində işləyən Həsən Həsənov daKamran Bağırovun iş otağına gəlib həyəcanla dedi:

- KamranMamedoviç, siz bu qərarı qəbul edə bilməzsiniz. Bununla siz ermənilərə şəraityaratmış olursunuz.

Kamran Bağırovçarəsiz bir şəkildə bildirdi ki, Qorbaçov iki dəfə zəng vurub tapşırıq veribki, milisləri Qarabağdan çıxarın. Burada onu da əlavə edim ki, Kamran Bağırov Vilayətə yeni rəhbər təyin edərkən öncə məni qəbul etdi.Vilayətə yeni rəhbərin kimin ola biləcəyini soruşdu. Mən mövcud namizədlərin hamısının "Daşnak” partiyasının təmsilçiləri olduqlarını söylədim. Xüsusi vurğuladım ki, Poqosyanı təyin etmək ümumiyyətlə olmaz. Təəssüf ki, Bağırov elə Poqosyanı təyin etdi. O da seçilən kimi "Obko"nun balkonuna çıxıb oradan meydana yığışmış ermənilərə müraciətlə "biz qalib gəldik" - dedi.

Fərrux müəllimbu sözləri deyəndə həyəcandan dodaqları əsirdi. Hiss edirdim ki, hadisəninbütün mahiyyətini bilən bu insan əlində iynə ucu boyda imkan olsa, heç kimin qərarına,sözünə baxmadan bütün Azərbaycanın milisini bir anın içərisində Dağlıq Qarabağayeridib orda haqq-ədaləti bərpa edər, hər kəsə layiq olduğu yeri göstərər.

Bax, bu söhbətdənsonra mən Fərrux müəllimin yaddaşında, saxlancında nə qədər sirrin yatdığınıhiss etməyə başladım. Ona görə də onun ətəyini buraxmadım. İstədim ki, bir azda danışsın, bir az da gerçəkliklərin üstünün örtüyünü qaldırsın, biz bilmədiklərimizdənxəbərdar olaq. Fərrux müəllim bildirdi ki, həyatında ilk dəfə ermənilərinqarşısında sıxılmışam, özümü təhqir olunmuş hiss etmişəm.

Nədən? Nə vaxt?- deyə soruşdum. İçindəki dağ ağırlıqdakı "ah"ı köksündən qoparıb həminməqamı danışdı mənə. Dedi ki, Vəzirovözünün xidməti "Çayka" maşınlarını Xankəndinə göndərmişdi ki, vilayət rəhbərliyiBakıya görüşə gəlsin. Ermənilər Vəzirovun göndərdiyi maşından imtina etdilər.Öz maşınlarında Azərbaycan milisinin müşayəti ilə Bakıya gəldilər. Yolda, yəniUcar rayonunda ermənilərin şərəfinə ziyafət qurulmuşdu. Ermənilər Vəzirovun busüfrəsinə də əl uzatmadılar. Mərkəzi Komitənin kiçik zalında şirniyyat süfrəsiaçılmışdı. Vəzirov ermənilərə şirniyyatı özü bir-bir paylayırdı. Onlaradostluqlarından, komsomoldakı birgə fəaliyyətlərində xatirələr danışırdı. Lakinermənilər əllərini şirniyyatlara uzatmadılar. Elə onların yanındaca Vəzirovüzünü mənə tutub dedi ki, səni ora işləməyə göndərmişik, ermənilərdən bizə"donos" verməyə yox!

Bu, Vəzirovun bəlkədə təkcə azərbaycanlı kimi yox, təkcə rəhbər kimi yox, həm də insan kimi etdiyi ən böyük namərdlik idi.O, bu sözlərilə həm də ermənilərlə birlikdə işləyəcək bir insanın, yəni FərruxHüseynovun həyatını təhlükə qarşısında qoydu...

... Mən Fərruxmüəllimlə Qarabağdakı təmaslarımda onu bir insan kimi, bir ağsaqqal kimi, birziyalı kimi də yaxından tanıdım, onun daxili aləminə yaxından bələd oldum. Həttaiş otağında, dövləti vəzifəsini icra etdiyi zaman ermənilərin onu dəfələrə təhqiretməsinə, ölümcül vəziyyətə düşənə qədər döymələrinə, dişlərini vurub tökmələrinəbaxmayaraq, o, Xankəndini axırıncı tərk edən azərbaycanlı oldu. Məhz onun köməyi,onun şəxsi nüfuzu hesabına neçə-neçə vətəndaşımız girovluqdan, əsirlikdən xilasoldu. Hətta bir dəfə döyülüb tanınmaz hala salınmış iki azərbaycanlı qadınıözünün geyindiyi əsgər paltarları iləbüküb rus əsgərlərinə məcburi şəkildə Xankəndindən Ağdama, xəstəxanayaçatdırmağa nail olmuşdu.

Gecələrikabinetində, stolların, döşəmənin üstündə mürgüləyib, səhəri yenə öz işinidavam etdirən azərbaycanlı soydaşlarımıza həmişə ümid verən Fərrux Hüseynov hərdənfikirlərini misralara çevirirdi. Özünü ovutmaq istəyirdi bu misralarla. Və həttaQarabağın işğalından sonra təqaüdə çıxıb Bakıda məskunlaşdığı ünvanda darahatlıq tapmırdı. Sözü-söhbəti ancaqQarabağ idi. Son nəfəsində də inamını itirmədi. Doğmalarından eşitdim ki, Fərruxmüəllim son sözündə vurğulayıb ki,ümidinizi itirməyin. Mən inanıram, siz də inanın ki, Qarabağa dönəcəyik!

... Mən Fərruxmüəllimlə bağlı yaddaşımda, ürəyimdə olanların ancaq bir qismini kağıza köçürdüm.Özü də bunu ilin sonunda etdim. İstədim ki, Qarabağda haqqı olanlarınunudulmayacağına özüm inandığım kimi sizi də inandırım. Və xatırladım ki, bumövzu bir yazıyla bitən deyil. Axı, 2019-cu ilin fevralı gəlir qarşıdan. Mənonda da bu mövzuya qayıdacam...

ƏbülfətMƏDƏTOĞLU

P.S. Aşağıda Fərruxmüəllimin arxivindən götürdüyüm şeiri oxucularatəqdim edirəm. Vurğulamaq istəyirəm ki, Fərrux müəllim şair deyildi, sadəcəXankəndində yaşadıqlarını şeirə çevirməyə çalışmışdır.

Dedim- Dedilər

Dedim:Vətən gedir əldən!

Dedilərki, Biz bilirik əvvəl səndən!

Dedim:Çox zəifdir tədbirlərimiz!

Dedilərki, qorxma dayan,

tükənməzdirsəbrimiz!

Dedim:Qalmayıbdır səbr daha:

Dedilərki, ası düşmə sən allaha!

Dedim:Allah bizə ağıl verib, kamal verib,

Deməyibki, gedin yatın, yasa batın,

Vuruşmağındaşın atın,

Yurdumuzuyada satın!

Dedilərki, təmkinli ol, məsləhətli don gen olar!

Moskvadangöstəriş var, sakit olaq!

Dedim: Moskvada, MK-da əlləşirlər ermənilər,

Arkadilər,Genrixlər, Qriqaryanlar, Dadamyanlar,

Petrosyanvə Köçəryanlar,

nəbilim mən nə yanlar, ilanlar,

İlanlarvə onlara oxşayanlar boğuşurlar,

dalaşırlaramma yenə

Bizəqarşı çevriləndə göz-göz edib

barışırlar,birləşirlər,

Bircəbhədə cəmləşib,

şüurlardasilahlara sarmaşırlar,

Canımıza darışırlar !

Dedilərki, səf eləmə

mərkəzdüz həll edər məsələni!

Mənyanırdım, yaxılırdım,

Əttək şişə taxılırdım.

Heçkəs mənə inanmırdı.

Deyəndəkigunah elə mərkəzdədir,

Mərkəzözü sərsəridir!

Dedilərki, bir az dayan, görəcəksən

Nələrolur, ermənilər şər qüvvə tək

sakitləşib,məzlumlaşıb,

yazıq-yazıqsusacaqlar,

xəyanətləyediklərin yaxınlarda qusacaqlar!

Buminvalla hər gün, hər an, yavaş-yavaş,

başımızadüşdü daş!

Tənqidedib qohum, qardaş dedilər:

ermənidənolmaz yoldaş!

Bizdəbuna inanırdıq,

yaxılırdıqvə yanırdıq.

Dedilərki, başlayıblar qayıtmağa,

erməniləraxışmağa,

Bakıdakıevlərinə yığışmağa!

Muştuluqda istədilər sonra,

hədə-qorxugəlib yüksək tonla bildirdilər:

"Ermənilərbizə qardaş,

etməyəcəyikonlarla savaş!

Utanmayıb, qızarmayıb,

bilməyərəknədir abır,

busözləri lap ekrandan söylədilər,

kökümüzəbir balta köklədilər.

Dedim:inanmayın,

erməninidost sanmayın.

Qəlbiqara, özü xain, dili yaman zəhərlidir,

məqsədidə məkirlidir,

oilandır, yatağandır,

çoxzəhərli bir heyvandır!

Fürsətdüşə qalxacaqdır,

zəhərliox atacaqdır!

Anlamayıbdərdimizi,

bilmədilərqədrimizi!

Bizimvətən torpağında,

doğmaana qucqğında

böyütdülər əqrəb, ilan.

Yandırıldıqoda yaman!

Beləlikləgünlər ötüb, aylar keçdi,

Torpağımızqarış-qarış əldən getdi.

Ağdərədə,Sırxavənddə, Quşçularda, Malıbəylidə,

Xocalıda,Qayıblıda, Umudluda, Çərəkdarda,

Tuğudaonun ətrafında,

hərgün oldu bizə savaş,

dinlənildikyavaş-yavaş!

Böyük,kiçik qanan vətən!

odtutub yanan vətən!

Harayınagecikdilər,

Niyəbelə atıldın sən!..

Teleqrafla,telefonla

haraylayıbçağırırdıq,

təlaşdanda bağırırdıq,

köməkverin! kömək verin!

canlı qüvvə,texnika!

Vətən əldəngedir baxa-baxa!

Yolumuzubağlayıblar,

sinəmizidağlayıblar,

zirehli tank,top çatışmır,

olanlarda yaxşı atmır!

Atanyoxdur, vuran yoxdur,

məsləhətsəverən yoxdur!..

Xankəndi 1989-cu il


TƏQVİM / ARXİV