adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
25 Dekabr 2018 15:16
11290
SİYASƏT
A- A+

Ərdoğan yaxın günlərdə Putinlə görüşəcək

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun ardından prezident Rəcəb Tayyip Ərdoğan da Rusiyaya səfər edərək həmkarı Vladimir Putinlə təkbətək görüş keçirəcək.

Azvision.az "TASS”-a istinadən xəbər verir ki, bu barədə Ərdoğan Türkiyə parlamentində çıxışdan sonra jurnalistlərə açıqlamasında deyib.

Rusiyaya səfərinin dəqiq tarixini açıqlamayan Ərdoğan Putinlə yaxın günlərdə görüşəcəyini bildirib.

"Bu gün-sabah Türkiyə nümayəndə heyəti (Çavuşoğlunun rəhbərliyindəki heyət) Moskvaya səfər edəcək. Bundan sonra mən də səfər edərək Putinlə təkbətək danışıqlar aparacağam. Biz ABŞ-ın öz qoşunlarını Suriyadan çıxarmasını müzakirə edəcəyik”, – deyə Ərdoğan bəyan edib.

Bundan əvvəl Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bildirmişdi ki, hazırda Putinlə Ərdoğanın görüşü barədə hansısa razılıq yoxdur.