adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

Axx, özünü ilan zəhəri ilə öldürən Kleopatra

EMİNQUEY AKİF
47420 | 2018-12-25 20:28

Sadəcə xəfifbir qadın deyil. Bu maraqlı qadını günümüzə qədər daşıyanlar əslində HollivudUlduzları Zeda Bara, Kladuette Kolbert və təbii ki, Elizabet Taylor kimiməşhurlardır.

Misirinbənzərsiz bir kraliçası idi. Miladdan öncə 69-cu ildə doğulan Kleopatra "Auteles” yəni, "Fleyta çalan” olaraq bilinənXII Ptolomeyin üçüncü övladı idi. Misir o zamanlar əvvəlki kimi də olmasa zənginidi. Makedoniyalı sahiblərindən məmnun olmayan yerlilər çox hüzursuz idilər.

Kralın ənsevdiyi qızı idi. Fleytaçı taxtına sahib çıxmaq üçün tez-tez Romaya gedibyardım istəyirdi. Kleopatranı 12 yaşında ikən bu səfərlərdən birində yanındaaparmışdı. Beləcə Kleopatra Romalı fırıldaqçıların işlərin getməsi üçünatasından 10 min qızıl istədiklərini görmüşdü.

Yeddi dilbilən intellektual bir kraliça idi. Kleopatranın yaxşı bir təhsil aldığı təxminedilir. O dövrün tarixçilərinə görə Kleopatra öz dilindən başqa Yəhudi, Ərəb,Fras, Erməni, Həbəşi və Somali dillərində həm oxuyub, həm də yaza bilirdi.

Qardaşlararası intriqalar başlamışdı. Ptolomey sadəcə buyruğu altındakıları deyil, heçuşaqlarına da söz keçirə bilmirdi. Günlərin birində uzaqlarda ikən ən böyükqızı Trayfaena taxtı ələ keçirtdi. O öldürüldükdən sonra da taxt ikinci qızıBereniçeyə keçdi. Ptolomey Romanın köməyi onu edam etdirdi. Ən böyük övladıolan Kleopatranın fikirləşib bir həll tapmağı üçün çoxlu səbəb var idi.

Kleopatraüçün çətin bir həyat başlamışdı. Misirin Romalılardan gələn yardıma ehtiyacıolduğunu bilirdi. Bu yardım üçün ödənilən pullar dövlətin yoxsullalaşmağınagətirib çıxarırdı. Ailə içində özünü qorumağı vacib idi. Nələrsə yolundagetmirdi və düzəlməyi lazım idi.

Artıq Misirintaxtı onun idi. Miladdan öncə 51-ci ildə o, hələ 18 yaşında olanda atası ölür,krallıq ona və 10 yaşlı qardaşı XIII Ptolomeyə qalır. Fəqət işlər heç də yaxşıgetmirdi. O il Nil daşmamışdı deyə kənd təsərrüfatı bərbad gündə idi. Yerixalqda Makedoniya əsilli xanədana qarşı etibarsızlıq və hətta nifrət var idi.Bu mərəzə qalmış idarəçilikdən bezmişdilər.

SezarKleopatra ilə tanış olacağını hiss etmişdi. Qardaşının beynini yeyən hərəm ağasıvə çevrəsindəkilər ucbatından iqtidardan uzaqlaşdırılıb Cənubi Misirdəki Nilvadisinə sürgünə göndərildi. Bu arada Romada iqtidar üç yerə bölünmüşdü. Sezar,Pompey və Krassus arasında bölüşdürülən güc elə də parlaq görünmürdü. O dövrdəqazandığı savaşlarla bu üçə bölünmüş iqtidarda ön plana çıxan Sezar Kleopatraylaqardaşını barışdırmaq niyyətində idi.

Böyük bir eşqbaşlamışdı. Fəqət Kleopatra qardaşı ilə barışmaq istəmir, bundan əvvəl Sezaratəsir etməyi planlaşdırırdı. Amma praktiki cəhətdən bu, elə də asan deyildi. Siciliyalıköləsi Apollodoresin təklifi ilə özünü xalçaya büküb Sezarın hüzuruna apartdırdı.Sezar Kleopatranın ağlından və cəsarətindən olduqca mütəəssir olmuşdu.Kleopatranı qardaşıyla barışdıran Sezar onların arasını vuran hərəm ağasınıöldürtdü.

Cəsur vəağıllı kraliça Romanı sarsıdırdı. Hə, elə Kleopatra da bu idi. Sezara qovuşmaqüçün büküldüyü xalçanın içində boğulmağını gözə alan bu cəsarətli qadın taxtınasahib çıxmağı da qazanmışdı. Təbii ki, bu arada 50 yaşına gəlmiş və saçlarıtökülmüş Sezarla da yatmışdı. Qosqoca Sezarı özünə aşiq edən bu qadınınehtirası Sezara Misir ordusu qarşısında öz gəmilərini yandırtmış, yanğın daİsgəndəriyyədəki kitabxanaya sıçramış və insanlığın yaddaşı kimi qəbul edilənbu kitabxananın bir qismini məhv etmişdi.

Misirin təksahibi çalışqan və əzimli qadın idi. Yanğından sonra Kleopatranın qardaşı Nildəboğulub ölmüş halda tapıldı. Bundan sonra isə Kleopatra tək başına taxta oturduvə bütün Misirin idarəçiliyini əlinə aldı. O sırada Sezardan bir uşağı da olduvə balaca Sezarionu götürüb Romaya getdi. Ən böyük xəyalı iki imperatorluğubirləşdirib Böyük İsgəndərin də xəyalı olan bütün dünyaya sahib olmaq idi.Miladdan əvvəl 44-cü ildə Sezar ölür və o, bu xəyallarını sonraya saxlamaqməcburiyyətində qalır.

Sezardansonra Roma imperatorluğu taxta çıxan Oktavian və Markus Antonius arasında ikiyəbölündü. Qərb artıq Markus tərəfindən idarə edilirdi və ilk işi də Misiriziyarət olmuşdu. Antonius Kleoparraya dəlicəsinə aşiq olmuşdu. KleopatranınAntoniusdan iki qız uşağı dünyaya gəlir. Bir müddət Tarsusda yaşayırlar və buillərdə Oktaviusla müharibə edirlər. Onlar qaçmaq məğlub olub qaçmaqməcburiyyətində qalırlar.

Öləndə beləcəsur Misir kraliçası idi. Kleopatranın ölümünə aid bir çox rəvayət var, ammaən məşhuru özünü bir ilana sancdırıb intihar etməyidir. Lakin tez-tez yanındabir ilanla gəzməyəcək qədər ağıllı olan Kleopatra çox güman ki, intihar etməküçün zəhərini yanında daşıyırmış.



TƏQVİM / ARXİV