adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
25 Dekabr 2018 12:50
13042
DÜNYA
A- A+

ABŞ və Türkiyənin yüksək rütbəli hərbçiləri görüşəcək

Bu həftə ABŞ və Türkiyənin yüksək rütbəli hərbçiləri arasında görüş keçiriləcək.

Adalet.az xəbər verir ki, bu barədə Pentaqonun rəsmi nümayəndəsi Hezer Babb bəyan edib. Onun sözlərinə görə, danışıqlar zamanı Suriyanın şimal-şərqindəki vəziyyət, eləcə də, təhlükəsizlik məsələləri müzakirə olunacaq.

"Təsdiqləyə bilərəm ki, bu həftə Türkiyədə yüksək səviyyəli görüşlər keçiriləcək. ABŞ və Türkiyə həm Şimal-Şərqi Suriyadakı vəziyyət, həm də Türkiyənin təhlükəsizliyi ilə bağlı bütün məsələləri aktiv formada koordinasiya edirlər. Mən bu müzakirələrin təfərrüatına varmayacam” – Pentaqon rəsmisi vurğulayıb.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp gələn il Türkiyəyə səfər edəcək.