adalet.az header logo
  • Bakı 12°C
25 Dekabr 2018 16:29
22318
MARAQLI
A- A+

Türk hökmdarlarının bilmədiyiniz xüsusiyyətləri

Altı yüz illik tarixə məxsus olan Osmanlı imperiyası 36 hökmdara şahidlik edib. Tarix dərsliklərində onların hökmdarlıq etdikləri dövrdə nələr etdiklərini çoxunuz az-çox bilirsiniz. Amma bu hökmdarların sizin bilmədiyiniz başqa xüsusiyyətləri də var. 


















Başlayaq Osman Qazidən. Qıçları qısa, qolları isə çox uzun idi. Belə desək, o, ayaq üstdə duranda əlləri dizlərinə qədər çatırdı. Güləşə marağı böyük imiş. Ordusunun əsgərləri ilə də ara-sıra güləşirmiş. Ürəyi açıq adam imiş. Əyninə maraqla baxan adamlara paltarını çıxıb hədiyyə verirmiş. 



Orxan Qazinin də maraqlı tərəfləri var imiş. O həm yaxşı bir hökmdar, həm də yaxşı bir səyyah idi. Orxan Qazi Osmanlıda yerləşən təxminən yüzdən çox qalanı gəzərmiş, yoxlayarmış. Qalalarda çox qalmazmış, dincəlib o birisi qalalara yol alarmış. Şənbə və Çərşənbə günləri oruc tutarmış. 




Səfərlərdə çevik hərəkəti və yorulmamağına görə ona İldırım Bəyazid deyirdilər. Heç vaxt geri çəkilməyən, əsəbi və insanların onu görəndə tədirgin olduğu bir hökmdar idi. At çapmaq və silahdan istifadə etməkdə mahir idi. Osmanlı imperiyasının ilk şeir yazan hökmdardır. Fateh Sultan Məhmətdən əvvəl İstanbulu bir neçə dəfə mühasirəyə alsa da, fəth edə bilməmişdi. 



I Məhmət, ya da Çələbi Məhmət. Orqançılıqla məşğul olurdu. Güləşdə olan məharətilə seçilirdi. Məkkə və Mədinəyə hər il hədiyyələr göndərirmiş və ondan sonra bu ta birinci dünya müharibəsinin sonlarına qədər Osmanlı imperiyası tərəfindən icra olunurdu. Ovçuluğa xeyli maraq göstərirdi. Ovların birində donuz ovlayarkən atdan yıxılıb vəfat edib. 



Fateh Sultan Məhmət az gülən, çalışqan, comərd, istədiklərinə nail olan, hər gün mütləq kitab oxuyan, araşdırmalar aparan biri idi. Bağbanlıq və xəritəçilik idi. Dövlət işlərindən başı açılan kimi bağbanlıqla məşğul olur, sarayın baxçasında ağac əkir, çiçək yetişdirirdi. Onun həm də oxçuluğa xüsusi marağı var idi. Buna görə də döyüş zamanı oxçulara üstünlük verirmiş. Yemək yeyərkən yanında heç kim olmazmış. Yəni tək-tənha yemək yeyərmiş. 



Yavuz Sultan Səlim digər hökmdarlardan fərqli olaraq yeniliyə meyilli olduğu üçün saqqal yox, bığ saxlayarmış. Yatmağı o qədər də sevməz, vaxtının çox hissəsini oxumaqla keçirərmiş. Oxumaqdan gözləri zəifləyən və lupadan istifadə edən ilk Osmanlı hökmdarı imiş. Şan-şöhrəti sevməz, sadə paltarla geyinər, bir növ yemək bişirtdirər və taxta boşqablardan istifadə edərmiş. O, eyni zamanda kolleksiyaçı idi. Müqəddəs əmanətlərdən və çini qablardan ibarət kolleksiyası var imiş. 



Sultan Qanuni Süleyman 46 illik hökmdarlıq dövrü ilə ən uzun hakimiyyət dövrü yaşayan hökmdar olaraq tarixə adını yazdırıb. O, sənətkarlıqla – ayaqqabı düzəltməklə məşğul olurdu. Xüsusilə də dəyərli daşlarla işləməyi və bu daşları geyimlərində istifadə etməyi sevərdi. Bir növ paltarları ilə diqqət çəkməkdən məmnun imiş. Divan ədəbiyyatında ən çox qəzəl yazan şairdir. Sənətə önəm verən Süleyman musiqilə və rəsmlə maraqlanırdı. 



I Əhməd 13-14 yaşlarında taxta çıxıb. Maraqlısı isə budur ki, taxta çıxandan sonra sünnət olunub. Sənətkarlığı qaşıq düzəltmək idi. Fateh Sultan Məhmətin "qardaş qətli” qanunu dəyişdirmiş və buna qadağa qoymuşdu. Bu gün də məşhur olan Sultan Əhməd məscidini o tikdirmişdi. 



IV Murad gücü və cüssəsi ilə seçilən biri idi. O, tütün və içkiyə qadağa qoymuş, qadağanı pozanların çoxusnu ya öldürtmüş, ya da şəxsən özü oldürmüşdü. Hər axşam tanınmasın deyə başqa cildə girib xalqın içində gəzirmiş. Şahmatdan ötrü sinov gedirmiş. Qaynaqların çoxusunda bir qılınc zərbəsilə atı ikiyə bölməyi, atdığı oxun mərmini geridə qoya biləcək sürətdə olduğu qeyd olunur. Döyüşlərdə istifadə etdiyi başı dəmir və ya daşdan olan 250 kiloluq topuz "Topqapı” sarayında sərgilənir. 



II Əbdülhəmid Qərb musiqisindən ötrü ürəyi gedirdi. Piano və skripka çala bilirdi. Oymaçılıq bacardığı sənətlərdən biri idi. Antik əşyalara marağının olduğu da bilinir. Təmizkar adam olub. Elə ona görə gündə iki-üç paltar dəyişirdi. Foto çəkməyi çox sevsə də özünün fotosunu çəkilməyini süevmirdi. Saatlara da marağı var idi. Xüsusən də xarab olmuş saatları düzəltmək üçün saatlarını sərf edirdi. Qəzetlərə ciddi senzura tətbiq etmiş və bəzi sözlərdən istifadə edilməsinə qadağa qoymuşdu. 



Sultan Vəhdətdin Osmanlının son hökmdarıdır. Eynək taxan ilk və son hökmdar olan Vəhdətdin gündəlik geyimləri sevməz və hərbi formada gəzib-dolaşarmış. Quşlara, xüsusilə də göyərçinlərə marağı var imiş. Səltənətinin əlindən alındığı gün ölkəni tərk edib. "Ədalət" qəzeti