adalet.az header logo
  • Bakı 11°C
25 Dekabr 2018 00:16
8588
GÜNDƏM
A- A+

AZƏRBAYCAN RESPUBLİKASININ DAXİLİ İŞLƏR NAZİRİ GENERAL-POLKOVNİK RAMİL USUBOV CƏNABLARINA! ÇOX HÖRMƏTLİ RAMİL MÜƏLLİM!


Sizi - Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin ən laiqli kadrlarından birini Azərbaycan Respublikasının daxili işlər nazirini, , Azərbaycan xalqının inanıb güvəndiyi laiqli generallarından birini - Doğum Günü münasibəti ilə ürəkdən təbrik edir, Sizə üzun ömür, can sağlığı və ölkə daxilində ki sabitliyin, icrtimai asaişin qorunması istiqamətində gördüyünüz böyük işlərdə uğurlar arzu edirik.
CƏNAB NAZİR!
Azərbaycan xalqı Sizin fəaliyyətinizi Dövlətçiliyimizin qorunmasındaki xidmətlərinizi, Azərbaycan vətəndaşlarının hüquqlarının toxunulmazlığı istiqamətindəki fəaliyyətinizi çox gözəl bilir və dəyərləndirir. Biz də bu xalqın bir nümayəndəsi olaraq, Sizin bir hüquq mühafizə orqanı rəhbəri, bir Azərbaycan vətəndaşı, bir Azərbaycan generalı və nəhayət bir ailə başçısı kimi bütün fəaliyyətinizi yaxından izləyərək bundan hər zaman qürur duymuşuq. Siz öz əməli işinizlə,öz fəaliyyətinizlə, xidmətinizlə Ümümmilli Liderimizin dəqiq və güvənli seçiminin, həmçinin cənab prezidentimiz İlham Əliyevin yüksək etimadının nə qədər uğurlu olduğunun həmişə sübut və təsdiq etmisiniz.
ÇOX HÖRMƏTLİ RAMİL MÜƏLLİM!
Sizi Doğum Gününüz və yubiley yaşınız münasibəti ilə bir daha ürəkdən təbrik edir, Sizə ən xoş arzularımızı bildiririk.

Dərin hörmətlə,
Milllət vəkili Aqil Abbas
və "Ədalət" qəzetinin kollektivi