adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
25 Dekabr 2018 00:12
3352
GÜNDƏM
A- A+

Milli Məclisin parlamentlərarası əlaqələr üzrə üç işçi qrupuna rəhbərlər seçiləcək


Milli Məclisin (MM) parlamentlərarası üç işçi qrupuna rəhbərlər seçilir. Adalet.azın xəbərinə görə, bununla bağlı "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında" MM-in qərarında dəyişiklik edilir.
Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifəsinə Xanlar Fətiyevin, Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifəsinə Sahibə Qafarovanın, Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifəsinə Cavanşir Feyziyevin namizədliyi irəli sürülüb.
Məsələ Milli Məclisin dekabrın 28-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.