adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
24 Dekabr 2018 18:10
11946
DÜNYA
A- A+

Türkiyədə rusiyalı terrorçu saxlanılıb

Türkiyənin Adana vilayətində keçirilmiş antiterror əməliyyatı nəticəsində Rusiya vətəndaşı saxlanılıb.

Trend-in məlumatına görə, saxlanılan şəxs Çeçenistan sakinidir.

Adı açıqlanmayan terrorçunun "Həyat Təhrir əş-Şam” terror təşkilatının mənsubu olduğu və Yeni il ərəfəsində Türkiyədə terror aktları planlaşdırdığı bildirilib.

Bundan başqa onun Suriyada döyüşlərdə iştirak etdiyi və 2017-ci il yanvarın 1-də İstanbulda gecə klublarının birində terror aktı törətmiş Əbdülqədir Maşaripovun yaxını olduğu deyilib.