adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
24 Dekabr 2018 17:49
94187
AVTOMABİL
A- A+

Bakı Nəqliyyat Agentliyi Babək prospekti ilə bağlı tənqidlərə cavab verdi

Yeni istifadəyə verilən Babək prospektində dekabrın 21-nə keçən gecə dəhşətli yol qəzası baş verib.

Babək prospektinin üzü şəhər istiqamətində Bakı şəhər sakini Elvin Aslanov idarə etdiyi "Mercedes E Class" markalı avtomobillə yolu keçən 40-45 yaşlı kişini vurub. Daha sonra avtomobil prospektin ortasında yeni quraşdırılmış işıqlandırma dirəyini vuraraq sındırıb. Zərbənin gücündən sürücü və sərnişini xəsarətlər alıb. Piyada isə hadisə yerində ölüb.

Şahidlər bildiriblər ki, qəzanın baş verdiyi ərazidə piyada keçidi yoxdur, bu səbəbdən də insanlar prospektin bir tərəfindən digər istiqamətə keçmək üçün həyatlarını riskə atırlar.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais AğayevModern.az-a bildirib ki, yaxın günlərdə müvafiq işlərə başlanacaq:

"Piyada təhlükəsizlinin təmin edilməsi üçün zəruri olan hər bir addım atılacaq”.

M.Ağayev qeyd edib ki, əsas məqsəd piyada təhlükəsizliyi və rahatlığının təmin olunmasıdır.