adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
25 Dekabr 2018 10:05
3409
GÜNDƏM
A- A+

AZƏRBAYCAN PREZİDENTİ CƏNAB İLHAM ƏLİYEVƏ

Doğum günü təbriki

Çox hörmətli cənab Prezident!

Cənab Ali Baş Komandan!

Azərbaycan xalqı öz şərəfli tarixini vərəqlədikcə bu tarixin Ümummilli liderimiz Heydər Əliyev cənablarının adı ilə bağlı səhifələrini xatırlayır və Azərbaycan üçün etdiklərini bir-bir göz önünə gətirir.

Biz bir xalq olaraq özümüzün həm Sovet dönəmində, həm müstəqillik illərimizdə Ulu Öndərimizin rəhbərliyi altında qazandıqlarımızı bitib-tükənməyən sərvət, davamı yeni-yeni uğurlara calanan nailiyyətlər hesab edirik. Məhz Ümummilli liderimizin layiqli kadrı və davamçısı olan Siz, dövlət rəhbərliyi sükanı arxasına keçdikdən sonra həmin böyük uğurları daha da sürətləndirdiniz. Artıq Azərbaycanın, təkcə Qafqazın, regionun deyil, eləcə də türk dünyasının, müsəlman aləminin lider dövlətlərindən biri olması Avropada, bütün dünyada söz sahibinə çevrilməsi günümüzün reallığıdı.

Cənab Prezident!

Sizin hakimiyyətdə olduğunuz 15 il ərzində gerçəkləşdirdiyiniz islahatlar, apardığınız uğurlu daxili və xarici siyasət bir daha göstərdi ki, Siz həqiqətən xalqın qarantısınız! Siz həqiqətən xalqın Prezidentisiniz! Xalq sizinlə birlikdədir. Hətta öz 50 illik yubileyinizi Qarabağda, cəbhə bölgəsində qeyd edəndə də vurğuladınız ki, "Mən burda doğmalar arasında öz ad günümü keçirirəm!”. Bu, Sizin Azərbaycan vətəndaşlarına, xüsusilə cəbhə bölgəsində yaşayan insanlara qayğınızın təzahürü idi!

Cənab Prezident!

Mən Qarabağ bölgəsindən, yəni Ağcabədi-Füzuli seçki dairəsindən millət vəkili seçilmişəm. Özüm də əslən Qarabağdanam. Ona görə də təmsilçisi olduğum bölgədə yaşayanların, qarabağlıların Sizə böyük sevgisinin, inamının şahidiyəm. Sadə insanlarla hər görüşümdə onların Prezidentimizə olan sonsuz ehtiramını hər dəfə izləyirəm, müşahidə edirəm. Xüsusilə Aprel döyüşləri zamanı Sizə - Ali Baş Komandana sonsuz inamı hamı kimi mən də yaxından izlədim. Qarabağ camaatı həmin günlərin ümidini ürəklərində bayrağa çeviriblər. Hamımız bir nəfər kimi inanırıq ki, Siz xalqımızın qələbə bayrağını Şuşaya öz əlinizlə sancacaqsınız!

Cənab Prezident!

Azərbaycanın bugünkü gerçəkliklərinin, uğurlarının, sabaha doğru uzanan zəfər yolunun komandanı, istiqamətləndirəni, xalqı öz ətrafında birləşdirən Lideri Sizsiniz! Biz öz Prezidentimizə, öz qarantımıza inanır və güvənirik! Sizin rəhbərliyiniz altında torpaqlarımızın bütövlüyünə sahib olacağımıza əminik! Biz sizinlə fəxr edirik!

Cənab İlham Heydər oğlu!

Hörmətli cənab Prezident!

Doğum gününüz mübarək! Sizə can sağlığı və Azərbaycanımız naminə gördüyünüz işlərdə böyük uğurlar arzu edirəm.

Tanrı Sizi qorusun!

Hörmətlə:

Millət vəkili Aqil Abbas