adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
26 Dekabr 2018 10:00
48777
HADİSƏ
A- A+

DAY LAP AĞ OLDU!

Zaqatalada 8 yaşında oğlan uşağı hansısa qohumunun həyətində özünü ağacdan asıb. Deməli, 8 yaşlı uşaq dırmaşır ağaca, orda özünü asmaq üçün ip hazırlayır, ipdən ilgək düzəldir, sonra nə bilim düşür ayağının altı üçün nəsə stuldan-zaddan qoyur və boynunu ilgəyə keçirib ayağının altındakını itələyir və intihar edir. 

İnandınızmı? 8 yaşlı bir uşaq nə qanır intihar nədi? Söz Zaqatala rayon prokurorluğunundu. Bir yaxşı araşdırsalar səbəbləri məlum olar.