Faiq QİSMƏTOĞLU: SON AN

FAİQ QİSMƏTOĞLU
40767 | 2018-12-24 13:06

... İyirmigün əvvəl qızım Füzulidən zəng edib demişdi ki, ata, Məcnun əminin vəziyyətiyaxşı deyil. Həmin vaxt onun telefonuna zəng vurdum. Özü qaldırdı və cavabverdi:

- Çoxşad oldum zənginə! Nə yaxşı məni arayıb-axtardın. Allah qoysa müalicə olunum,Füzuliyə qayıdım görüşərik!

... Hissedirdim ki, səsi əvvəlki səs deyil və hiss edirdim ki, artıq onun səsi dəyorulub. Ona görə də çox danışıb incitməkistəmədim. Bircə onu dedum ki, ustad, Allah sənə şəfa versin! Və bu sözlərdən sonra telefonu söndürdüm.Ancaq qabaqlar onunla on dəqiqəqlərlə telefon söhbətimiz olardı. Elə şirin, eləsəmimi danışardı ki, istəməzdim söhbətimiz bitsin.

... O, mənimtanıdığım böyük ziyalılardan idi. Hər sözündə, hər kəlməsində bir işıq, birnur, bir həyat eşqi vardı. Həyatımın ən çətin anında, ən kədərli məqamında və hər yerdən əlim üzüləndə onun yanınaqaçardım. Qızımgilə dəyməmişdən Horadizdə Məcnun müəllimin evinin qapısını döyərdim.Özündənəvvəl dörd qızı mənim üçün əldən-ayaqdangedər, "əmi” deyib boynumu qucaqalayardılar.

... Vəelə bilirdim ki, o qızlar da mənim balalarımdı. Çünki Məcnun müəllim də elə mənimqızımın atasıydı. Nəvələrim ona "baba” deyirdi. Süleyman müəllimlə məndən çox Məcnunmüəllimin isti nəfəsini, ürəyinin atəşini, qəlbinin istisini hiss edirdilər. Eləçox vaxt da nəvələrim və qızım onlardan mənəzəng edir, "Məcnun babagildəyik” deyirdilər. Onlar bu ocağı özlərinə çox doğma bilirdilər. Onlar buocaqdakı dörd qızı da özlərinə ən yaxın simsar sayırdılar...

... Gəlirdimqapıya, otaqdan ustadın səsini eşidirdim.Qızlar deyirdilər ki, ata, Faiq müəllim gəlib. O da başıalovlu məni evdəyox, elə həyətdə qarşılayardı. Onun çöhrəsində heç kimdə olmayan nur, işıqvardı. Onun çöhrəsində qeyri-adi bir işartı hiss olunurdu. Elə ki, qapını açıbiçəri girirdik, heç yemək-içmək yadımıza düşməzdi. Elə şirin söhbət edərdi ki,bu bal kimi şirin söhbətdən doymaq olmazdı. Çay içmək istəyəndə əlimizi stəkanavurub soyuduğunu hiss edərdik. Və yenidən ustad qızlara deyərdi ki, çayı təzələsinlər.Söhbətimiz iki-üç saat uzanardı. Amma mən bu söhbətdən yorulmaz, əksinə,doymazdım. Onunla söhbətdən sonra içimdəki dağ boyda dərd əriyib yoxa çıxardı. Qəlbimdə və içimdə Məcnun müəllimin söhbətindəngünəş doğardı. Və bu günəşin istiliyini uzun müddət qəlbimdə hiss eləyərdim...

O, böyükinsan idi... böyük ziyalı idi... böyük jurnalist idi... böyük də redaktoridi... Əlimdə qələm tutmağı öyrətməsə də, jurnalistikanın əlifbasını mənəbir-bir öyrədə bilmişdi. O mənə məqalə yazmağı, oçerk qələmə almağı, felyetonhazırlamağı və bütün janrlarda yazıları yazmağı bacarmağı öyrətmişdi. Və o mənəbir də səmimi və vucdanlı olmağı dəfələrlə xatırlatmışdı. Mənim ilk yazı yolum onun redaktoru olduğu"Araz” qəzetindən başlamışdı. Mən tələbə olanda gördüm ki, Məcnun Namazəliyevnecə böyük jurnalistdi, necə böyük redaktordu. O məni qohum olduğuma görə yox,istedadıma görə çox istəyirdi. Ona görə də qəzetin çox istedadlı yazarları olanKərəm Hətəmova, Əsgər Şıxəliyevə, Vaqif, Mehdiyevə, Oqtay Əliyevə, MaisKazımova dönə-dönə tapşırmışdı. Demişdi ki, onlar mənə qarşı daha tələbkar,daha ciddi olsunlar.


RəhmətlikKərəm Hətəmov da yazılarıma göz gəzdirəndən sonra Məcnun müəllimə bunları bildirmişdi:"Sənin qohumunun heç kəsə ehtiyacı qoxdu, çox yaxşı jurnalist olacaq”. Kərəm Hətəmovunbu sözlərindən sonra Məcnun müəllim sevinmişdi və mənə böyük ümidlə baxırdı. Vəmən bu gün sevinirəm ki, o ustad sənətkarlarınümidlərini doğrulda bilmişəm. Və mən ona da sevinirəm ki, Məcnin Namazəliyevkimi istedadlı və peşəkar bir redaktor mənimyazılarımı həmişə izləyirdi. İzləmək azdı, həm də bir ustad kimi razı qaldığınıdeyirdi.

MəcnunNamazəliyev 77 illik bir ömür yaşadı. Bu ömrü çox namusla, vucdanla, kişi kimitamamladı. Məcnun Namazəliyev Füzulinin sayılıb-seçilənçox böyük ziyalılarından, ağsaqqallarından idi. O kiminləsə bir kəlmə söhbət kəssəydi,o söhbətin şirinliyindn insan ayrılmazdı. Ölkə prezidenti cənab İlham ƏliyevFüzuliyə səfər edərkən ziyalılarlagörüşü olardı. Həmin görüşlərdə Məcnun Namazəliyevin məntiqli, savadlı, duzlusöhbəti cənab prezident tərəfindən də səmimi qarşılanırdı. Heç kimin prezidentədeyə bilməyəcəyi sözü Məcnun müəllim o qədər ustalıqla, məharətlə çatdırırdıki, bu, cənab prezidentə də ləzzət eləyirdi. Çünki Məcnun Namazəliyev həmişəFüzuli camaatının içində olan ziyalı olub. O hər bir füzulilinin hansı anlaryaşadığını, hansı çətinliklərlə üzləşdiyini yaxşı bilirdi. O boğazdan yuxarıheç vaxt söz deməyib. Nə deyibsə, ürəyinin, qəlbinin səsiylə danışıb, ürəyindənkeçirdiklərini dilinə gətirib.

Bu günhamı deyir ki, Məcnun Namazəliyev tək bir kənddən, bir eldən getməyib. O,Füzulidən, Azərbaycandan gedən böyük ziyalıdır. Ən azından ona görə ki, onun ürəyihəmişə bu Vətən üçün, bu ölkə üçün, bu dövlət üçün döyünüb...

... Məcnunmüəllim dərdini, kədərini kiməsə deməyi heç vaxt sevməzdi və onun çöhrəsində dəhəmişə bir təbəssüm, bir nur vardı. Məcnun müəllim cavan oğul itirmişdi. OğluSurxaydan sonra sanki bütün sevinci, sevgisi ondan uzaqlaşmışdı. Amma bunu Məcnunmüəllim heç kimə, hətta doğmalarına belə bildirməyi sevməzdi və heç vaxt dərdindən,kədərindən danışmazdı. Onu tanımayanadam bəlkə də düşünərdi ki, bu insanın heç bir dərdi yoxdu. Amma mən bilirdimki, Məcnun müəllim, sən nələr çəkirsən. Və həyat yoldaşı Məlahət xanımı itirəndınsonra onun içində çəkdiyi dərd bir az da ağırlaşdı.

Məcnun Namazəliyevin dörd qızı, bir oğlu var. Neçə-neçənəvəsi boya-başa çatıb. Və bu nəvələrin arasında ali məktəbdə oxuyanları da var.Mən o qızlara baxanda hər biri maşallah olsun, aslan parçası kimidi. Yəni oqızlar hər biri onun yolunu davam elətdirir. Və o qızlar elə mənim dəbalalarımdır. Allaha and olsun ki, o dörd qızın dördünü qızım Tellidənayırmıram. Məcnun müəllim yaxşı ataydı, yaxşı babaydı, yaxşı əmiydi, dayıydı. Vəöncə o sözün həqiqi mənasında böyük türk idi və böyük ziyalıydı. Məcnun müəlliminölümündən iki gün qabaq qızım yenidən mənə zəng çaldı. Dedi ki, ata, Məcnun əminiBəhmənliyə ata yurduna gətiriblər. Gəlib ziyarət eləsən, o, çox rahat olar.Vaxt itirmədən dekabrın 19-da axşam üstü özümü Bəhmənliyə çatdırdım. Mamam oğluTehran və sinif yoldaşım Rəfaellə onlara yollandıq. Həyətlərinə çatanda gözüməbir-iki maşın dəydi. Ayaqqabımızı çıxarıb içəri keçdik. Oğlu Nurəddin biziqarşıladı. Öpüşüb görüşdük. Sonrz qızları gəldi. Onlar da mənimlə həmişə olduğukimi öpüşüb görüşdülər. Amma həmişəkindənfərqli olaraq bu dəfə gözümüz doldu, qəhər bizi boğdu. Özümü saxlaya bilməyibağladım. Çay gətirdilər. O çayı necə içdim bir Allah bilir. Heç kəsi yanınaburaxmırdılar. Amma qızlardan biri dedi ki, atam Faiq əmini arzulayir, qoykeçsin içəri. Qapını açıb otağa daxil oldum. Ətrafında üç-dörd yaxınqohumlarından olan qadınlar əyləşmişdi. Onlara salam verib çarpayıda uzanan Məcnunmüəllimə yaxınlaşdım, alnından öpdüm. Ağ saçlarına sığal çəkdim. Amma heç nəhiss eləmədi. Sonra əlini ovcumun içinə aldım. Bumbuz idi. Və bu bumbuz əliovcumun içində sıxdım. Danışa bilməsə də o da əllərimi gücü çatdığı qədərsıxdı. Sonra gözlərindən bir damla yaş gəldi. Ürəyim dözmürdü. Özümü toparlayıbdedim: "Ustad, ziyarətinə gəlmişəm!”. Çöhrəsində təbəssüm yarandı. Deyirlərinsanlar dünyasını dəyişmək ərəfəsində daha da gözəlləşirlər. Onun daçöhrəsindəbu gözəllik vardı. Çox yormaq istəmədim. Alnından öpüb, saçlarına sığal çəkibayağa qalxdım. Və qızlar da mənim arxamca çölə çıxdılar. Özümü saxlayabilmirdim. İstəyirdim hönkürüm ağlayım. Elə ağladım da. Göz yaşlarım içiməaxdi. Hamımız bir-birimizə baxdıq. Dörd qıza, bir qardaşa çıxanda bunu dedim:"Sizin atanız dünyznın ən təmiz, ən halal və ən vicdanlıə adamıdır. Allahınişinı qarışa bilmərik. Özü bilən məsləhətdi. Ona görə də siz qürur duymalısınızki, Məcnun Namazəliyevin övladlarısınız”.

... Birgün sonra Bakıya qayıtdım və eşitdim ki, ustad dekabrın 21-də Allahın dərgahınaqovuşub. Onun dəfnində xəstə olduğum üçün iştirak eləyə bilmədim. Ancaq mənə təsəlliolan o oldu ki, ustadı sağ vaxtı ziyarət elədim, saçlarına sığal çəkdim, əliniovcuma aldım. Və düşünürəm ki, heç Məcnun Namazəliyev ölməyib. Çünki bu cürinsanlar zamanından və məkanından asılı olmayaraq həmişə yaşayırlar...


TƏQVİM / ARXİV